“Şedevr quşlar”, “bazar adamı” və ya səfirliklərdə kim dilənib?- REAL-ın bloqerlə davası
Bizi izləyin

Nida.az

“Şedevr quşlar”, “bazar adamı” və ya səfirliklərdə kim dilənib?- REAL-ın bloqerlə davası

“Şedevr quşlar”, “bazar adamı” və ya səfirliklərdə kim dilənib?- REAL-ın bloqerlə davası

Bloqer Əli Novruzovla REAL üzvləri arasında mübahisə yenidən qızışıb.

Publika.Az xəbər verir ki, bloqer “facebook” səhifəsində REAL-a qarşı fikirlə səsləndirib.

“REAL”çıların növbəti sarsaqlamalarından. İndi də deyirlər ki, Viktoriya Nulanda (ABŞ Dövlət Departamentinin sözçüsü-red) Erkindən şikayət etmişəm. O boyda Viktoriya Nulanda ha. Nə yaxşı, Obama ilə telefon danışıqlarımın səs yazısı bunların əlinə keçməyib, biabır olardım. Ümumiyyətlə, Emin Milli demiş, bunlar nə içirlər, nə çəkirlər ki, bunlarda belə dərin fantaziyalar yaranır, şedevr quşlar buraxırlar”-deyə bloqer REAL-ı sərt tənqid edib.

Bundan sonra virtual mübahisə qızışıb. Bloqerin fikirlərinə cavab verən REAL-ın icraçı katibi Natiq Cəfərli Ə. Novruzovu “bazar adamı” adlandırıb.

“Əli, tərbiyən olsun, ağ elədin lap. Yenə cığal uşaqlar kimi ümumi danışma, ad çək, konkret ol. Lap bazar adamına dönmüsən, deyəsən. Özün haqqında çox pis yüksək fikrə düşmüsən”-deyə o bildirib.
Ardınca Ə. Nağıyevin hiddətli cavabı belə olub: “Tərbiyəsizlərin kim olduğu çox aydın görünür, elə REAL-ın banneri altında camaata “düşük” deyən məclis başqanınızm (E. Qədirlini nəzərdə tutur-red), eləcə də orda-burada haqqımda uydurma şayiə buraxıb iftira atan, bütün günü nifrət şərhləri yazan “Real”çılar. Çox təəssüf ki, sizin əsl simanızı çox gec tanımışam, çox təəssüf”.

N. Cəfərli: “Yazdığın status tərbiyyəsizlikdir, səviyyəsizlikdir. Kimdən nə sifariş alırsan bilmirəm, bunu sübut edə bilmərəm, amma tərbiyəli, mədəni yazmaq qabiliyyətin olsun, sənin yüzlərlə insanı ümumiləşdirib yazmağın tərbiyəsizikdir. Yaz sübut et, ad çək, ya da üzr istə. Səni debata da çağırdım, gəlmədin, indi nə uydurursan sən? Erkin dediklərinin cəzasını aldı, ölkəyə yeni siyasi mədəniyyət gətirdik, amma elə bilmə ki, bu, sənin kimi mədəniyyətsizə görədir”.

Ə. Novruzov: “Deyəsən, yenə qurdunuz qaynayır, növbəti iynənin vaxtı çatıb. Nə edim daha, mən kifayət qədər atəşkəsi gözləməyə çalışdım, amma alınmadı”.

Daha sonra bloqer REAL-çı Zöhrab İsmayılovun statusların birində onu Nulad, NED və Amerikanın digər qurumlarına “email” yazmaqda suçlayan şərhinin “skrinşot”unu yerləşdirib. Z. İsmayıl iddia edib ki, Ə. Novruzovun Amerikada şikayət etmədiyi yer qalmayıb.

“Kimdən sifariş alıram? Bu sarsaqlama deyil? Ümumiyyətlə, bu nə plintusdan aşağı arqumentdir? Sizi tənqid edən harasa işləyir? Kimə işləyir, bəlkə maarifləndirəsən, gedib tapım müdirimi?”-deyə onun N. Cəfərliyə cavabı belə olub.


N. Cəfərli: “Bu sübutdur? “Public” olan söhbəti, bir nəfərin yazdığını sübut kimi yozursan? Dalınca danışıb? Üzünə deyib, sən də de ki, yalandır. Bunun yazdığın statusa, REAL-çılara nə dəxli var axı? Sən adekvat deyilsən, dost. Fakt belə olmur, fakt haqqında da səhv təsəvvürün var sənin. Əli, sən “medsestra” deyilsən ki, iynə vurasan, bir az qazını al, yaxşı? Sən girən kol deyil”.


Ə. Novruzov REAL-ın taleyinin ABŞ səfirliyindən asılı olduğunu iddia edib: “Natiq, bir dəfə də yazdın ki, sən girən kol deyil, sonra da zəng edib bir saat yalvarmısan telefonda, REAL mənim uşağımdır, beş ildir dişimlə dırnağımla qururam, niyə belə edirsən. Çox ikiüzlü insanlarsınız, publikaya ayrı şey oynayırsınız, sonra da gedib səfirliklərdə dil tökürsünüz. Ümumiyyətlə, bir təşkilatın ki, taleyi ABŞ səfirliyinin bir rəyindən asılıdır, o təşkilata quş. Gedib səfirliklərdə deyirsiniz ki, Erkin filosofdur da, onu başa düşün”.

N. Cəfərli: “Əli, mən sənə yalvarmışam? Sən əsl ləçər kimi məni provokasiyaya çəkmək istəyirsən. Səninlə danışanda yanımda 4 nəfər var idi, sənə bir az hörmət etdim, anlamadın. “Sarsaqlamaq” sözünü yazan tərbiyəsiz adamdır. Bir az özünə güvənin olsa, debata gələrdin, səndən rica etdim ki, debata gələsən, buna yalvarmaq deyən adam, artıq adam deyil mənim üçün. Uğurlar sənə!”.


Ə. Novruzovun cavabı isə belə olub: “REAL öz tərbiyəsini yavaş-yavaş, göstərir, sonra da camaata tərbiyəsiz deyir. Buyurun, yoldaşlar, bu status və şərhlər qoy açıq qalsın ictimaiyyətə, xalq qəhrəmanlarını tanısın”.

N. Cəfərli: “Ağzına gələni danışma, yalan söz danışma. Sənin kimi dayaz birinə görə addım atılsaydı, həmən olardı. Mənə dedilər ki, son qərarımızdan sonra Əli özündən bədgüman hala düşəcək, inanmadım, dedim ki, o, oxumuş adamdır. İndi görürəm ki, hər oxuyan Molla ola bilər, amma Pənah yox”.

Ə. Novruzov: “Natiq, hər halda səfirlikləri qapı-qapı gəzib dil tökən də mən deyiləm, qrant kranınızın suyu kəsilməsin deyə Erkini də təşkilatdan “uzaqlaşdıran” mən deyiləm. Kor-kor, gör-gör. Məhlə jarqonunda danışıb lotuluq edəsən, sonra da telefonla zəng edib bir saat yalvarasan ki, REAL mənim balamdır, beş ildir dişimlə, dırnağımla böyütmüşəm, niyə belə edirsən. Səfirlikləri də siz yaxşı bilərsiz, mənim səfirlikdə nə işim var? Mənim bir arzum, şikayətim olanda, birbaşa Nulanda yazıram, həll edir, sağ olsun”.

Bu arada Zöhrab İsmayıl müdaxilə edir: “Əli, sən heç kimsən, heç bir bacarığın və nailiyyətin də yoxdur. Bunu hamıdan yaxşı mən bilirəm! Sən yalnız belə cılız-mılız şeylərlə ortalıqda qalmaq istəyirsən”.


Ə. Novruzov isə ona belə cavab verib: “Donos? Nə donos? Viktoriya Nulanda? Zöhrab, donos yazanlar oturub öz təşkilatınızın içində, camaata şər-iftira atırsan”.


N. Cəfərli sonuncu dəfə 4 ay bundan qabaq səfirlikdə olduqlarını və İlqar Məmmədovla bağlı görüş keçirdiklərini söyləyib: “Kimdir bizdə danos yazan? Ad çək, sübut elə. Ya da şərəfsizlik eləmə. Sübut etsən, böyük bir hədiyyə qazanacaqsan məndən”.


Bu mübahisəyə Xalid Bağırov da qoşulur: “Gecə saat 1-də gəlib açıram “Facebook”-u və görürəm ki, məni kimsə sarsaq, ikiüzlü adlandırıb. Oturub düşünürəm ki, mən nə etmişəm ki, bu epitetlərə layiq olum. Yəqin mən və bir çox mənim kimi REAL dəyərlərini bölüşən şəxslərdən üzr istəmək cəsarəti olacaq bu status və şərhlərin sahibinin. Bu yazışmaları oxuyarkən məndə belə suallar yarandı. Əgər “REAL”çılar bir-bir səfirlik qapısı döyüb izahat verirsə, beynəlxalq təşkilatlardan qrantları kəsilirsə, o zaman kimdir xarici strukturlar qarşısında REAL-çıları izahat vermək zorunda buraxan?”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm