İsgəndər Həmidov: “Qarabağda müharibə başlasın”
Bizi izləyin

Nida.az

İsgəndər Həmidov: “Qarabağda müharibə başlasın”

İsgəndər Həmidovdan Qarabağ təklifi: “Müharibə başlasın”

Azərbaycan Millətçi Demokrat Partiyası (Bozqurd) yaramış yeni situasiyada Dağlıq Qarabağ probleminin həlli və Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması ilə bağlı təklif verib.

Bu barədə Publika.Az-a partiyanın Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri, sabiq daxili işlər naziri İsgəndər Həmidov məlumat verib.

Təklifə görə, Azərbaycan, Fransa və Rusiyanın ATƏT-in Minsk qrupundakı vasitəçiliyindən imtina etməli, BMT-də Rusiya və Ermənistanın birgə işğalçı siyasətini müzakirəyə çıxarmalıdır.

“1988-ci ildən, bu günə kimi Dağlıq Qarabağ konflikti, genişlənərək Ermənistanın silahlı qüvvələri tərəfindən, Azərbaycanın Qarabağ ərazisinin işğalına gətirib çıxartdı. BMT-nin təhlükəsizlik şurasının 4 qərarına baxmayaraq, Ermənistan işğal etdiyi torpaqları azad etməyib, ATƏT-in Minsk qrupunun 21 illik fəaliyyəti nəticəsiz qalmaqdadır. Son zamanlar dünyada siyasi situasiya dəyişilib. Rusiya bir daha öz imperiya xislətini qabartdı və Ukraynanın daxili işlərinə müdaxilə edərək Krımı öz ərazisi elan etdi. Ukraynanın şərq hissəsində separatçılığı qızışdıraraq, ölkə daxilində qeyri sabit siyasi vəziyyətin yaranmasına səbəb olmuşdur. Dünya ictimaiyyəti Rusiyanın siyasətini pisləyərək, anlamağa başladı ki, xalqların öz taleyini həll etmək pərdəsi altında fövqəladə dövlətlər öz imperiya siyasətini həyata keçirir. Dünya ictimaiyyəti, ABŞ, Avropa dövlətləri elan etdilər ki, separatizim yol verilməzdir, BMT tərəfindən qəbul edilmiş ərazi bütövlüyünü dəyişmək olmaz. Rusiya Krım yarımadasında apardığı imperiya siyasətini daha əvvəllər, 1988-ci ildən bu günə qədər Azərbaycana qarşı apararaq, öz silahlı qüvvələri ilə Ermənistana kömək edərək torpaqlarımızın 20 faizini işğal altında saxlayır. Rusiya siyasi dairələrində artıq belə fikirlər səslənir ki, Dağlıq Qarabağ ərazisi Rusiyaya birləşdirilməlidir. Bu isə Rusiyanın keçmiş SSRİ-ni bərpa etmək planının tərkib hissəsidir və Azərbaycanın müstəqilliyinə qarşı yönəlib”-deyə İ. Həmidov bildirib.

İrəli sürülən təklif belədir:

1. Rusiya Qarabağ müharibəsini yaradan dövlət kimi, Fransa isə tarixən ermənipərəst olduğu üçün ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina etmək lazımdır;

2. Qarabağ müharibəsində, Rusiya və Ermənistanın birgə işğalçı siyasəti BMT-nin danışıqları çərçivəsində müzakirə olunmalıdır;

3. BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğalı haqda olan 4 qərarını həyata keçirilməsini tələb etməliyik;

4. Qarabağın azadlığı uğrunda hərbi əməliyyatlar keçirilməlidir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm