Mübariz Qurbanlı: “Dövlət Departamenti Morninqstara dəstək vermir”
Bizi izləyin

Nida.az

Mübariz Qurbanlı: “Dövlət Departamenti Morninqstara dəstək vermir”

Mübariz Qurbanlı: “Dövlət Departamenti Morninqstara dəstək vermir”

“Morninqstarın açıqlamaları, yaxud bir hadisə ilə AzərbaycanABŞ münasibətləri pozula bilməz. İki ölkə arasında qarşılıqlı münasibətlər, iqtisadi və digər sahələrdə əməkdaşlıq davam edir, bundan sonra da davam edəcək”.

Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Publika.az-a açıqlamasında ABŞ səfirinin müsahibəsindən sonra iki ölkə arasında münasibətlərin gərginləşdiyinə dair yayılan xəbərlərə münasibət bildirərkən deyib.

M. Qurbanlı hesab edir ki, ABŞ səfirinin açıqlamaları onun subyektiv fikridir: “Düşünmürəm ki, Ağ Evdə, Konqresdə hamı Morninqstar kimi düşünür. ABŞ Dövlət Departamenti də Morninqstarın dövlətin daxili işlərinə qarışmaq yönlü çıxışına dəstək vermir. Bu baxımdan, belə çıxışlara istinad edib dövlətlərin münasibətlərinin pozulduğunu iddia etmək doğru olmazdı. Əlbəttə ki, bu, yolverilməz çıxışdır. Buna da müvafiq strukturlarımız, Prezident Admnistrasiyasının məsul işçiləri ortaya mövqe qoydu. Biz də Novruz Məmmədov, Əli Həsənovun söylədiklərini tam bölüşürük. Cənab Morninqstarın çıxışı izahat tələb edən çıxış idi və buna cavab verildi. ABŞAzərbaycan münasibətləri əvvəlki axarı ilə davam edir”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm