Siyavuş Novruzov: “Leyla Yunusu qəhrəman edən müxalifətlə dialoq mümkün deyil”
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: “Leyla Yunusu qəhrəman edən müxalifətlə dialoq mümkün deyil”

Siyavuş Novruzov: “Leyla Yunusu qəhrəman edən müxalifətlə dialoq mümkün deyil”

Yeni Azərbaycan Partiyası (YAP) müxalifətlə dialoqdan imtina edir.

Bu barədə YAP icra katibi, millət vəkili Siyavuş Novruzov Publika.az-a açıqlamasında deyib. S. Novruzov buna səbəb kimi müxalifətin ermənilərlə əməkdaşlıq edən şəxslərə dəstək verməsi, onları müdafiə etməsini göstərib: “Bu gün müxalifət ümummilli məsələlərdə iqtidarla dialoqa getməyə hazır olduğunu bəyan edir, amma özləri ümummilli məsələlərin ziddinə hərəkət edirlər. Leyla Yunusu hər kəs tanıyır və bilir ki, bu adam ermənilərlə əməkdaşlıq edir, erməni kəşfiyyatına informasiya ötürür. Ümummilli məsələlərdən, Dağlıq Qarabağdan pafosla danışan müxalifət isə Leyla Yunusu dəstəkləyir, az qala qəhrəman düzəldirlər. Leyla Yunus kimilərdən qəhrəman düzəldən müxalifətlə ümummilli məsələləri prioritet hesab edən iqtidar dialoqa gedə bilməz”.

S. Novruzov qeyd edib ki, müxalifət bu mövqeyindən əl çəkməli, sözü ilə əməli bir olmalıdır.
“Xüsusən Azərbaycanın ərazi bütövlüyü məsələsində eyni mövqe nümayiş etdirməlidirlər. Yoxsa sözdə bunu deyib, əməldə buna qarşı çıxanlara dəstək vermək olmaz. Onlarla eyni masada necə oturmaq olar?”- deyə YAP rəsmisi bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm