Müxalifət Rəsulzadəni növbə ilə ziyarət edəcək
Bizi izləyin

Nida.az

Müxalifət Rəsulzadəni növbə ilə ziyarət edəcək

Müxalifət Rəsulzadəni növbə ilə ziyarət edəcək

Müsavat Partiyası mayın 28-də ADR-in qurucusu Məmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edəcək.

Bu barədə Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib. Onun sözlərinə görə, Müsavat saat 11:00-da Rəsulzadənin Novxanı qəsəbəsində yerləşən abidəsinin önündə toplaşacaq: “Əvvəl biz ziyarət edəcəyik, bizdən sonra isə Milli Şura toplanacaq”.

Milli Şuranın üzvü, KXCP sədrinin müavini Xəzər Teyyublu da Publika.Az-a deyib ki, Milli Şura Rəsulzadəni ayrıca ziyarət edəcək.

“Sabah saat 12:00-da abidənin önündə toplantı-mitinqimiz olacaq. Hazırda ciddi hazırlıq işləri gedir. Avtobuslar kirayə etmişik, sabah səhər saat 09:30-da KXCP-nin qərargahının önündən hərəkət edəcəyik. İstəyən hər kəs gələ bilər”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm