Spiker: “Müəllim, müharibəyə başlayaq?”
Bizi izləyin

Nida.az

Spiker: “Müəllim, müharibəyə başlayaq?”

Spiker: “Müəllim, müharibəyə başlayaq?”

Deputat Sabir Rüstəmxanlı Milli Məclisin bugünkü sessiyasında prezidentin humanitar aktı olan əfv fərmanını yüksək qiymətləndirib.

O deyib ki, gəncləri həbs etmək və onlara sərt cəzalar verməklə problemlər həll edilmir.

Publika.az xəbər verir ki, deputat çıxışı zamanı təklif edib ki, amnistiya və ya yeni əfv fərmanının verilməsi zamanı bu məsələ nəzərə alınmalıdır.

S.Rüstəmxanlı daha sonra əlavə edib ki, indi Azərbaycanın sərhəd kəndlərində hər gün atışmalar olur, müharibə gedir: “Amma bəzən görürük ki, kimlərsə ermənilərlə görüşürlər. Biz bu məsələni aydınlaşdırmalıyıq. Mənim bu istiqamətdə mövqeyim bəllidir.

Deputat onu da deyib ki, Sərkisyan türkün düşməni olduğunu açıq bəyan edib: “Mən bilmirəm ki, onunla dialoq aparmaq bizə nə verəcək?” Milli Məclis sədri Oqtay Əsədov isə deyib ki, Sərkisyan erməni millətinin prezident seçdiyi şəxsdir: “Sabir müəllim dialoqu aparmayıb, müharibə edəkmi?”

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm