Elçibəyin “Gəncə qiyamı”nda səhvi açıqlandı
Bizi izləyin

Nida.az

Elçibəyin “Gəncə qiyamı”nda səhvi açıqlandı

Elçibəyin “Gəncə qiyamı”nda səhvi açıqlandı

Əhrar Partiyasının sədri, Müsavat icra aparatının rəhbəri Arif Hacılının qardaşı Vaqif Hacıbəyli “4 iyun” qiyamında Əbülfəz Elçibəyin səhvlərini açıqlayıb.

Publika.az xəbər verir ki, V. Hacıbəyli bildirib ki, həmin vaxt Surət Hüseynov təcrid edilmədən itaətdən çıxan hərbi hissənin tərksilah edilməsi cəhdi yanlış addım idi: “Surət Hüseynovun həbsi üçün müvafiq hüquqi baza hazırlanmamışdı. Parlamentdə verilən amnistiya qərarı səhv idi.

Surətin dəstəsi Hacıqabulda olan vaxt bu dəstənin məhv edilməsi üçün ciddi addımların atılmaması səhv idi. İyunun 14-də ya da 15-də rəhmətlik Ağamalı Sadiqlə Elçibəyin yanında olduq. Mən hərbi vəziyyətin elan edilməsi, Dövlət Müdafiə Komitəsinin yaradılması, parlamentin buraxılması kimi konkret təkliflər verdim, bütün sənədlərin və onun xalqa müraciətinin mətnini özüm hazırlamağı öhdəmə götürdüm.

Dedi ki, Heydər Əliyev Gəncədən gəlsin, onunla məsləhətləşəcəm. Həmin dövrdə hər şeyin ən düzgün olanını Heydər Əliyevin bildiyi barədə Elçibəyə də sirayət etmiş təsəvvürlər tam yanlış idi. Həmin vaxt dövlət katibi olan Əli Kərimlinin yanında da olduq. Dedim məsuliyyəti götür üzərinə, yerlərdə hakimiyyəti silah gücünə devirənlərə qarşı güc tətbiq edin, mən sizə informasiya dəstəyi verəcəm. Mənimlə razılaşdı, amma hiss olunurdu ki, o artıq heç nəyə nəzarət eləmir. Təsəvvür edin ki, prezidentin yanına girdik, çıxdıq, bizi nə bir saxlayan, nə də bir yoxlayan oldu. Bu hal hətta Ağamalı bəyi əsəbiləşdirdi və o, böyük qalmaqal yaratdı. Hakimiyyətin aparıcı fiqurları olan İsa Qəmbərlə, Pənah Hüseynin istefaları idarəetmədə boşluq yaratmışdı və hakimiyyət strukturlarını demoralizə etmişdi. Bu istefalar vaxtında verilməmişdi və səhv idi. Ən böyük səhv isə yeni parlament seçkilərinin keçirilməsinin bilərəkdən yubadılması idi ki, bu məsələdə də Elçibəyin siyasi məsuliyyəti yoxdur. Elçibəyin Kələkiyə getməsi isə həmin dövrdə onun tərəfindən atılan ən düzgün addım idi. Düzdür, bu addım onun xalq hərəkatının rəhbəri kimi siyasi bioqrafiyasına heç bir müsbət çalar əlavə etmir. Amma onun bu addımı Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı. Bu faktdır ki, Elçibəy vəzifədən, mənsəbdən, hakimiyyətdən ötrü qan tökmədi. Kimlərsə bunu qəbul etməyə bilər. Amma Elçibəyə olan ümummilli sevginin də mayasında bu amil durur”.

Qeyd edək ki, “Gəncə qiyamı” və ya “4 iyun qiyamı” kimi adlandırılan dövlət çevrilişindən 21 il ötür.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm