Həmkarı Leyla Yunusun siyahısından danışdı: “Bunu hardan çıxarıb bilmirəm”
Bizi izləyin

Nida.az

Həmkarı Leyla Yunusun siyahısından danışdı: “Bunu hardan çıxarıb bilmirəm”

Sülh və Demokratiya İnstitutu (SDİ) 2014-cü ilin yanvar ayı üzrə siyasi məhbusların siyahısını açıqlayıb. SDİ rəhbəri Leyla Yunus bildirib ki, Azərbaycanda ümumi olaraq 134 siyasi məhbus var: “Onların 38-i “vicdan məhbusu”, 96-sı isə siyasi məhbusdur. Onl

Sülh və Demokratiya İnstitutu (SDİ) 2014-cü ilin yanvar ayı üzrə siyasi məhbusların siyahısını açıqlayıb. SDİ rəhbəri Leyla Yunus bildirib ki, Azərbaycanda ümumi olaraq 134 siyasi məhbus var: “Onların 38-i “vicdan məhbusu”, 96-sı isə siyasi məhbusdur. Onlar arasında 116 nəfər barəsində məhkəmə hökmləri çıxarılıb, 6 nəfər hələ istintaq altındadır, 12 nəfərin məhkəməsi hələ də davam edir”.

Lakin hüquq müdafiəçiləri bu siyahı ilə razılaşmırlar.İnsan Haqları Cəmiyyəti Milli Komitəsinin sədri, hüquq müdafiəçisi Səadət Bənənyarlı Publika.Az –a açıqlamasında deyib ki, bu qeyri-obyektiv siyahıdır: “Biz hesab etsəydik ki, ora daxil olanların hamısı siyasi məhbus kriteriyasına aiddir, onları öz siyahımıza əlavə edərdik. Buna görə də siyahını düzgün hesab etmirəm”.

Hüquq müdafiəçisi qeyd edib ki, belə siyahılar adətən vəkillərin, hüquqları pozulanların özlərinin, yaxud yaxın qohumlarının müraciətləri əsasında hazırlanır: “Güman ki, ora salınana şəxslər bizə də müraciət ediblər. Lakin sənədlər təqdim etmədikləri üçün biz onları kənarlaşdırmışır. Çünki biz məsələyə başqa cür yanaşırıq. Bu müraciətlərdən sonra həmin insanların hər biri haqqında müəyyən sənədlər toplayır, onların əsasında kriteriyalara uyğun olub-olmadığı müəyyən edirik. Yəni hər bir şəxs haqqında ayrıca tədbir görülür. Hər müraciət edəni siyasi məhbus hesab etmək olmaz ki”.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu da bu siyahını doğru hesab etmir. O, Publika.Az –a açıqlamasında bildirib ki, siyasi məhbus siyahıları Avropa Şurasının kriteriyaları əsasında müəyyənləşir: “Burda isə müəyyən suallar var. Bununla yanaşı, bizim də siyahımız var ki, orda 42 nəfərin adı var. Vallah Leyla Yunus bunu hardan çıxardıb bilmirəm, amma bunu obyektiv hesab etmirəm”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm