Müsavatdan Milli Şuraya tövsiyə: “Faktlarla danışın”
Bizi izləyin

Nida.az

Müsavatdan Milli Şuraya tövsiyə: “Faktlarla danışın”

“Müsavat Milli Şuradan çıxmaqla onun strukturlarında hər hansı bir zəifləmə və ya geriləmə hadisəsi baş verməyib. Vidadi Mirkamal faktlara söykənmədən əsassız danışır”.

Bu barədə Müsavat başqanının müavini Gülağa Aslanlı Publika.az-a açıqlamasında Milli Şuranın üzvü Vidadi Mirkamalın “Gündəlik teleqraf” qəzetinə müsahibəsində Müsavatla bağlı fikirlərinə münasibət bildirərkən deyib.

G. Aslanlı qarşı tərəfə tövsiyə edib ki, danışarkən faktlara söykənmək lazımdır.

“Vidadi Mirkamal hörmət etdiyim hüquqşünaslardan biridir. Amma təəssüflər olsun ki, onun söylədiyi bu fikirlərin heç bir reallığa əsaslanmadığı faktdır. Kimsə Vidadi bəyə yanlış informasiya verib. İstərdim ki, Vidadi Mirkamal kimi hüquqşünaslar fikirlərini səsləndirərkən mülahizələrə deyil, faktlara əsaslansınlar. O, məlumatı olmasa, hər hansı bir söz deməz. Məlumatı ona kiminsə yanlış çatdırdığı fikrindəyəm”,– deyə İsa Qəmbərin müavini bildirib.

Qeyd edək ki, V. Mirkamal Müsavatın Milli Şuradan getdikdən sonra təlatüm yaşadığını bildirib: “Müsavatın daxilində qurultayla bağlı ciddi qarşıdurma var. İsa Qəmbərin müşaviri elan edir ki, Müsavatın strukturları iflic olub. Hiss olunur. Mən bu partiyanın daxili işlərinə qarışmaq niyyətində deyiləm. Amma, hər halda, Müsavat Milli Şuradan çıxandan sonra bir xeyli zəiflədi”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm