Nida.az
Əli Həsənov:”Qarabağ münaqişəsində yeganə yol özümüzə güvənməkdir”
"Xocalı faciəsi XX əsrin son soyqırımlarından biridir. Xocalı soyqırımına siyasi qiymət məhz ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdandan sonra verildi".
Publika.az-ın məlumatına görə, bu barədə Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yazıçı-publisist, əməkdar jurnalist Vasif Səmədov və siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadənin "Leyla Əliyeva: "Xocalıya Ədalət!" (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model) adlı üçcildlik əsərinin təqdimat mərasimində çıxışı zamanı deyib.
Ə.Həsənov bildirib ki, ümummilli lider Heydər Əliyev bu faciənin
dünya ictimaiyyətinə çatdırılması istiqamətində lazımi işlər gördü
və tapşırıqlar verdi. O qeyd edib ki, sonra cənab Prezident İlham
Əliyev bu işin davam etdirilməsi üçün lazımi qərarları və
tapşırıqları verdi.
Baş nazirin müavini vurğulayıb ki, daha sonra Heydər Əliyev Fondu
da bu kampaniaya qoşuldu: "İlham Əliyevin göstərişi ilə xaricdə
fəaliyyət göstərən Azərbaycan təşkilatları da bu kampaniyaya
qoşuldu".
Ə.Həsənov qeyd edib ki, Leyla Əliyeva bu kampaniyada iştirak
edəndən sonra son 17 ildə görülən işlərdən xeyli çox iş
görüldü.
Baş nazirin müavini bildirib ki, beynəlxalq aləm bu faciə ilə
tanışdır: "Faciə baş verərkən bir sıra beynəlxalq jurnalistlər,
təşkilatlar və digər qurumlar orada olublar və bu faciə ilə
yaxından tanış olublar. Rusiyanın 366-cı alayının 80-90 faizini
ermənilər təşkil edib. Orada rus zabitləri və əsgərləri az olub.
Həmin rus zabitlərindən biri də bu faciənin törədilməsindən təəssüf
etdiyini bildirib. O, yazdığı hesabatda qeyd edib ki, çox təəssüf
ki, bu faciədə biz rus zabitinin şərəfini ləkələməkdən qoruya
bilmədik".
Ə.Həsənov deyib ki, Xocalı faciəsini törədən əsas cinayətkarlar
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, indiki prezidenti
Serj Sarkisyan, qondarma rejimin rəhbəri Arkadi Qukasyan və Seyran
Ohanyan olub: "İndi dünya ictimaiyyəti bizə deyir ki, bu
cinayətkarlarla, faşistlərlə probleminizi həll edin. Dünyada
ədalətsizlik davam edir, ilbəil münaqişə zonalarının sayı artır,
soyqırımların sayı artır. Bizim yeganə güman yerimiz öz xalqımız və
dövlətimizdir. Prezident İlham Əliyev bu problemin həlli üçün
lazımi işləri görür. Ermənistanın bu gün dalana dirənməsinin əsas
səbəbi məhz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdir.
Ermənistandakı mövcud rejim dəyişmədikcə, bu problem həll
edilməyəcək. O rejim azərbaycanlıların qanını axıdaraq hakimiyyətə
gəlib. İndi onlar bu plrobleminin həll olunmasını istəyər?"
Dövlət Komitəsinin sədri bildirib ki, dünyada ədalətsizlik son həddədir, ilbəil münaqişələrin, qaçqın və məcburi köçkünlərin sayı artır: "İndi dünyada demokratiya dərsi, insan hüquqlarının qorunması dərsi keçirilir. Əgər demokratiya belədirsə, sonra nə olacaq? Nə qədər dünyada həqiqət deyilmirsə, bu ədalətsizlik davam edəcək. Bu problemin birinci həlli yolu öz dövlətimiz, ordumuza güvənməkdir. İkinci həll yolu isə o ola bilər ki, Ermənistan xalqı ayılsa, başa düşsə ki, bunları kim idarə edir və bu rejimi dəyişə bilsələr, onda biz oturub problemin həlli barədə danışa bilərik. Əks halda yeganə yol özümüzə güvənməkdir. Azərbaycan Prezidenti düzgün yol seçib – Azərbaycan iqtisadiyyatını və ordusunu gücləndirmək".
Leyla Əliyeva
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO