• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

ABŞ-dakı səfirimiz: Azərbaycan təhlükəsizlik əməkdaşlığa önəm verəcək”

  • Nida.az
  • 26 İyun 2014 23:15
  • 356 Baxış
ABŞ-dakı səfirimiz: Azərbaycan təhlükəsizlik əməkdaşlığa önəm verəcək”

İyunun 25-də Vaşinqtonda yerləşən tarixi “Army-Navy” klubunda Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 96-cı ildönümünə həsr olunmuş rəsmi ziyafət keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Publika.Az-a verilən məlumata görə, ziyafətə Birləşmiş Ştatların Müdafiə Departamentinin rəsmi səlahiyyətliləri, ABŞ ordusu, Hərbi Hava, Hərbi Dəniz, Dəniz Piyadası, Milli Qvardiya və Sahil Mühafizəsi qüvvələrinin nümayəndələri, Vaşinqtonda akkreditə olunmuş ölkələrin müdafiə, ordu, Hərbi Hava və Hərbi Dəniz attaşeləri, ABŞ-ın Müdafiə Kəşfiyyatı Agentliyi və Müdafiə Departamentinin müxtəlif təşkilat və xidmətlərinin nümayəndələri iştirak ediblər.

Tədbirin rəsmi açılış hissəsində hər iki ölkənin himni ifa olunduqdan sonra Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və hərbi attaşesi polkovnik Ağaverdi Quliyev qonaqları salamlayaraq, Silahlı Qüvvələrimizin yaranma tarixi, inkişaf yolu, beynəlxalq hərbi əməliyyatlarda iştirakı və ordunun cəmiyyətdə rolu barədə məlumat verib.

E. Süleymanov regionun üzləşdiyi təhlükəsizlik təhdidlərini qonaqlara xatırladaraq, sülhə və əmin-amanlığa dayaq olan silahlı qüvvələrin rolunu vurğulayıb. O, xüsusilə qeyd edib ki, Azərbaycan üzləşdiyi təhlükəsizlik problemlərinə baxmayaraq, bu gün müxtəlif dövlətlərlə birlikdə Əfqanıstan, İraq kimi ölkələrdə sabitliyə öz töhfəsini verib və gələcəkdə də həm regionda, həm də dünyanın digər yerlərində bu töhfənin davam etdirilməsi məqsədilə müdafiə və təhlükəsizlik sahəsində dünya ölkələri ilə əməkdaşlığa önəm verəcək.

Eyni zamanda, səfir beynəlxalq ictimaiyyət və xüsusilə ABŞ-ın dünyada baş verən proseslərə, o cümlədən münaqişələrə münasibətdə prinsipial və davamlı mövqeyinin vacibliyini vurğulayıb. E.Süleymanov son hadisələrin Azərbaycan tərəfinin təhlükəsizlik, ərazi bütövlüyü və radikallığa qarşı olan qəti mövqeyinin düzgün və əsaslı olduğunu göstərdiyini deyib.

Ziyafət zamanı Azərbaycan və onun Silahlı Qüvvələri barədə videomateriallar nümayiş etdirilib və Azərbaycan bəstəkarlarının seçilmiş musiqi əsərləri təqdim olunub.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR