XİN-dən Xankəndi uçuşlarına rəsmi münasibət
Bizi izləyin

Nida.az

XİN-dən Xankəndi uçuşlarına rəsmi münasibət

“Xankəndidən uçuşların həyata keçirilməsi məsələsi təxribatdan başqa bir şey deyil. Ermənilər mətbuat vasitəsilə həmişə olduğu kimi təxribatlarını davam etdirirlər”.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Publika.az-a açıqlamasında Xankəndi hava limanından uçuşlara başlaması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

XİN sözçüsü bildirib ki, Azərbaycanın bununla bağlı mövqeyi bəllidir: “Bizim mövqeyimiz öz prinsipiallığını saxlayır. Biz dəfələrlə bildirmişik ki, belə təxribatlar yalnız və yalnız sülh prosesinə xələl gətirir. Bunu həmsədrlərə də aydın şəkildə çatdırmışıq, həmsədrlər də rəsmi İrəvanın qarşısında qaldırıb. Həmçinin beynəlxalq təşkilatlara da bu məsələ ilə bağlı müraciətlər etmişik. Çünki bu təxribatdan başqa bir şey deyil və bu, münaqişənin həllini təhlükəli məcraya yönəldir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm