Rus politoloq – Rusiya olmasa, “Dağlıq Qarabağ” yaşaya bilməzdi
Bizi izləyin

Nida.az

Rus politoloq – Rusiya olmasa, “Dağlıq Qarabağ” yaşaya bilməzdi

Moskva Dövlət Universitetinin dekanı, politoloq Vitali Tretyakov erməni saytlarından birinə olduqca maraqlı müsahibə verib. Söhbət zamanı rus politoloq Ermənistan Gömrük İttifaqına daxil olacağı təqdirdə Dağlıq Qarabağın taleyi ilə bağlı məsələlərə də aydınlıq gətirib.

Publika.az xəbər verir ki, politoloq Gömrük İttifaqı haqda danışarkən bugünkü beynəlxalq vəziyyətə toxunub. O bildirib ki, Putinin hakimiyyətə gəlişilə Rusiya yenidən dirçəlir.

Proses getdikcə güclənəcək:”Qərb belə təbliğat yeridir ki, guya, Rusiya yalnız avtoritarizm və münaqişə tərafdarıdır. Halbuki son 20 il ərzində Qərbin “stabillik və demokratiya” siyasəti nəticəsində Yuqoslaviya parçalanıb, Əfqanıstanda, İraqda müharibələr başlayıb. Gürcüstanda münaqişə olub. Kim ABŞ-a qoşulub bu aqibəti yaşamaq istəyirsə, öz işidir.

Rusiya isə heç bir konflikti qızışdırmır. Halbuki bunu etməyə yetərincə resursları var. Uzun müddət Gürcüstanın hoqqalarına dözdük, 23 il Ukraynanın ikiüzlü siyasətinə göz yumduq. Dnestryanı bölgə Rusiyaya birləşmək xəyallarını qursa da, Moldovaya görə bunu etmədik.

Dağlıq Qarabağ problemini də Rusiya yaratmayıb. Ancaq biz olmasaq, “Dağlıq Qarabağ Respublikası” yaşaya bilməzdi. Ermənistanla müttəfiqliyimiz Azərbaycanla olan münasibətlərimizə xələl gətirən yeganə amildir.

Ermənistan Gömrük İttifaqına girmək istrəyir, girəcək də. Nədən qorxursunuz? Ermənistanın bu ittifaqqa girməsi elə “Dağlıq Qarabağ Respublikası”nın da daxil olması deməkdir. Daha nə istəyirsiniz – DQR-in müstəqilliyini tanıyaq? Onda buyurun, əvvəlcə Abxaziyanın, Osetiyanın müstəqilliyin tanıyın.

Ermənistanın İttifaqa girməsi Rusiya üçün arzuolunandır. Ancaq prinsipcə, bu, həyati məsələ deyil. Seçim sizindir. Bu gün Ermənistanda praktiki olaraq nə rus qalıb, nə qazax. Ancaq Rusiyada milyonlarla, Qazaxıstanda isə yüz minlərlə erməni rahat yaşayır.

Gömrük İttifaqını istəmirsinizsə, qonşuluğunuzdakı Türkiyəni, yaxud İranı müttəfiq seçin. Seçim sizindi”.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm