• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bakıda ATƏT PA-nın prezidenti seçildi

  • Nida.az
  • 2 İyul 2014 13:22
  • 361 Baxış
Bakıda ATƏT PA-nın prezidenti seçildi

“Hökumət vətəndaş cəmiyyəti institutları ilə münasibət qurmağa hər zaman hazırdır”.

Axar.az xəbər verir ki, ATƏT PA-nın Bakıda keçirilən 23-cü yay sessiyasında Bakı bəyannaməsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Azay Quliyev bilidirib. O, Bakı bəyannaməsinin bəndlərinə əməl olunacağını söyləyib:

“Mən 10 ildir ATƏT PA-da təmsil olunuram. Bu qurumun problemi qəbul olunan qərarların icrası ilə bağlıdır. Bir də biz həmişə dialoqdan danışırıq, amma bu dialoqu qura bilmirik. Biz Azərbaycan hökuməti olaraq həmişəki kimi Azərbaycan vətəndaş cəmiyyəti ilə yaxından əməkdaşlıq edəcəyik".

Azərbaycan nümayəndə heyətinin üzvü Bahar Muradova sənədin 137, 138 və 139-cu bəndlərinə etiraz edib. Millət vəkili bildirib ki, 137-ci bənddə göstərilənlərin məqsədi aydın deyil:

"ATƏT-in Azərbaycanda əlaqələndirici ofisi fəaliyyət göstərir və bu bizi qane edir. Biz 139-cu bəndin də əleyhinəyik".

Qeyd edək ki, layihənin 138-ci bəndində ATƏT-in daimi nümayəndəliyinin açılması istənilir. Bakı bəyannaməsinin 139-cu bəndində isə hazırda həbsdə olan Anar Məmmədli və ölkədəki digər məhbuslarla bağlı məsələ yer alıb.

Səsvermədə 140 bəndlik Bakı bəyannaməsi səs çoxluğu ilə qəbul olunub.

Bakı bəyannaməsindən sonra ATƏT PA-ya prezident seçkiləri keçirilib. Səsvermə nəticəsində Finlandıya nümayəndə heyətinin rəhbəri İlkka Kanerva ATƏT PA-nın prezidenti seçilib.

Xatırladaq ki, İ.Kanerva bu vaxta qədər ATƏT PA-nın vitse prezidenti postunda çalışıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR