Davos Forumu ölkəmizə çox böyük əhəmiyyət verir - MÜNASİBƏT
Bizi izləyin

Nida.az

Davos Forumu ölkəmizə çox böyük əhəmiyyət verir - MÜNASİBƏT

“Davos İqsadi Forumunda müxtəlif panellərdə fərqli mövzularda müzakirələr aparılıb. Hazırda bunlar ətrafında fikir mübadiləsi aparılır, onunla bağlı gələcək perspektivlərin müəyyənləşdirilməsi üçün cəhdlər göstərilir”. Bu sözləri SİA-ya Prezident Administrasiyasının (PA) beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov forumun nəticələrini şərh edərkən deyib.

Onun sözlərinə görə, Davos İqtisadi Forumu beynəlxalq aləmdə bir nömrəli forumdur: “Forum beynəlxalq aləmdə çox mühüm əhəmiyyətə malikdir. Davos İqtisadi Forumuna bərabər ola biləcək ikinci bir forum yoxdur. Elə bir dövlət başçısı göstərə bilməzsiniz ki o, müəyyən vaxtlarda, məsələn bir və ya iki ildən bir həmin forumda iştirak etməsin. Forumun Azərbaycan üçün də çox böyük əhəmiyyəti var. Çünki, Azərbaycan bu forumla çox sıx əməkdaşlıq edir. Ümumiyyətlə bu forumda iştirak etmək, ölkənin dünyada gedən iqtisadi, siyasi və digər proseslərə daha çox inteqrasiya olunması deməkdir. Bir çox plenar iclasların mövzuları da buna aid idi. Azərbaycan forumun bütün sahə və istiqamətlərində fəal iştirak edir. Buna görə də Davos İqtisadi Forumu ölkəmizə çox böyük əhəmiyyət verir və ölkə başçısı hər il bu foruma dəvət edilir. Nəzərə alaq ki, hər il forumun rəhbərliyi tərəfindən bu dəvət bütün ölkə rəhbərlərinə göndərilmir. Lakin Azərbaycana isə bu dəvət hər il göndərilir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm