Nida.az
Fransa İŞİD-ə qarşı Azərbaycanın yolunu getdi
Fransa hökuməti Suriya və İraqda vuruşan cihadçıların Avropaya qayıdaraq terror aktı törətməsinin qarşısını almaq üçün qanunları sərtləşdirir.
Publika.az “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, Avropada 5 milyonluq müsəlman əhalisinə malik olan Fransa Suriya və İraqda savaşan yüzlərlə fransız cihadçının geri qayıdaraq təhlükəyə çeviriləcəyini düşünür. Hökumət bunun qarşısı almaq üçün cihadçı ola biləcəyi ehtimal olunan şəxslərin ölkədən çıxmasını əngəlləmək niyyətindədir.
Qanun layihəsinə görə, şübhəlilər fərdi olaraq təqib də ediləcək. Xüsusilə internet üzərindən cihad təbliğatına qarşı mübarizə güclənəcək. Yeni qanunun bu ilin sonuna qədər qüvvəyə minəcəyi gözlənilir.
Rəsmi Paris Fransa vətəndaşlığı olan, yaxud da bu ölkədə yaşamaq
icazəsi olan 800 şəxsin Suriyada savaşdığını təxmin edir. Bu rəqəm
Almaniyada 300-ə qədərdir. Bütün Avropada isə 2 min olduğu təxmin
edilir.
Qeyd edək ki, Suriya və İraqdakı cihadçılar arasında
azərbaycanlılar da var. Onların sayının 200-ə qədər olduğu deyilir.
Azərbaycan hökuməti də bu təhlükəyə qarşı bir neçə ay öncə
“Terrorçuluğa qarşı mübarizə haqqında” qanunu sərtləşdirdi.
Dəyişikliyə görə, terrorçuluğa açıq çağırışlar, aqressiv dini
təriqətlərə qoşularaq silahlı qrup yaratmaq, terrorçuluğu
maliyyələşdirmək terror faktı kimi qiymətləndirilir.
Asif
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər