Nida.az
Siyavuş Novruzov: “Güclü ordumuz bir əmrlə torpaqlarımızı geri qaytaracaq”
“Azərbaycan Ordusu Ermənistan tərəfindən işğal edilmiş
ərazilərimizi hər an azad etməyə qadir vəziyyətdədir”.
Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin
müavini, Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü
Siyavuş Novruzov Publika.az-a açıqlamasında
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci
yarısına həsr edilmiş iclasında çıxışı zaman ordu quruculuğu haqda
fikirlərinə münasibət bildirərkən deyib.
S. Novruzov bildirib ki, Azərbaycan torpaqları 20 ildən artıqdır ki, düşmən tapdağındadır: “Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında sülh danışıqlarını aparır. Lakin bu o demək deyil ki, bu danışıqlar ömür boyu davam edəcək. Azərbaycanın alternativ yolu var. Bu da müharibədən keçir. Məhz bunun üçün də cənab prezidentinin dediyi kimi, Azərbaycan Ordusunun gücləndirilməsi istiqamətində daim iş aparılır. Orduda islahatlar dərinləşir, nizam-intizam artır. Hazırda Azərbaycan Ordusunun döyüş qabiliyyəti yüksək səviyyədədir. Ali Baş Komandanın bir əmri ilə ordumuz torpaqlarımızı geri qaytara bilər. Bunu hər kəs, o cümlədən Ermənistan bilməlidir”.
Komitə üzvü qeyd edib ki, Azərbaycan Ordusu bu gün Cənubi
Qafqazda ən güclü ordudur.
“Təkcə kəmiyyət etibarilə deyil, peşəkarlıq və təminat-təchizat
baxımından da ordumuz öndədir. Eyni zamanda, ötən il keçirilmiş
prezident seçkilərindən sonra Silahlı Qüvvələrimizdə aparılan
islahatlar, yeni müdafiə nazirinin təyin olunması, Naxçıvan Muxtar
Respublikasında Əlahiddə Ordunun yaradılması və digər məsələlər
bunun bariz nümunəsidir. Həmçinin onu deyim ki, ordu üçün əsas
məsələ hərbi təhsil, nizam-intizam və təchizatdır. Azərbaycan
Ordusu bu gün həm nizam-intizamına, həm təhsilinə, həm də
təchizatına görə öndədir. İqtisadiyyatı güclü olan ölkə üçün
silahlı qüvvələrin təchizatı məsələsi problem olmamalıdır. Bu
mənada Azərbaycanda iqtisadi inkişaf özünün yüksək mərhələsindədir.
Belə olan şəraitdə ordumuzun təminatına da xüsusi diqqət
yetirilir”, - deyə o bildirib.
Asif
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO