Nida.az
Sənədlər imzalandı (FOTO)
İyulun 14-də Romada Azərbaycan-İtaliya
sənədlərinin imzalanması mərasimi olub.
ANS PRESS-in məlumatına görə, əvvəlcə Azərbaycan
Prezidenti İlham Əliyev və İtaliyanın Baş naziri Matteo Renzi
tərəfindən “Azərbaycan Respublikası ilə İtaliya Respublikası
arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” qəbul
olunub.
“Azərbaycan Respublikası Hökuməti ilə İtaliya
Respublikası Hökuməti arasında dəniz nəqliyyatı haqqında Saziş”i
Azərbaycanın energetika naziri Natiq Əliyev və İtaliyanın
infrastruktur, nəqliyyat və telekommunikasiyalar naziri Maurizio
Lupi imzalayıblar.
“Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye
Nazirliyi ilə İtaliya Respublikasının İqtisadi İnkişaf Nazirliyi
arasında iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov və İtaliyanın
iqtisadi inkişaf nazirinin müavini Karlo Kalenda tərəfindən
imzalanıb.
“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm
Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs və Fəaliyyətlər və
Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında
Anlaşma Memorandumu”nu Azərbaycanın mədəniyyət və turizm naziri
Əbülfəs Qarayev və İtaliyanın Mədəni İrs və Fəaliyyətlər və Turizm
Nazirliyinin dövlət katibi Françeska Barraççiu imza
atıblar.
“Azərbaycan Respublikasının Gənclər və İdman
Nazirliyi ilə İtaliya Respublikası Nazirlər Şurasının Sədrliyinin
Regional Məsələlər, Muxtariyyətlər və İdman Departamenti – İdman
Ofisi arasında idman əməkdaşlığına dair Anlaşma Memorandumu”nu
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İtaliya
Nazirlər Kabinetinin dövlət katibi Qratsiano Delrio
imzalayıblar.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR