Şeyxülislam haqda dəhşətli kompromatlar yayıldı
Bizi izləyin

Nida.az

Şeyxülislam haqda dəhşətli kompromatlar yayıldı

QMİ sədrinin ərəb siyasətçi və iş adamlarından, terrorçulardan aldığı pulların siyahısı redaksiyalara göndərilib

Xəbər verdiyimiz kimi, yanvarın 28-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə mətbuat konfransı keçirib. QMİ sədri son dövrlərdə aktuallaşan gənclərin Suriyaya döyüşə yollanması, radikal dini qruplaşmalara qoşulması ilə bağlı fətva verərək bu hərəkətləri pisləyib(musavat.com).

Maraqlıdır ki, bu tədbirlə eyni zamanda redaksiyamıza internet üzərindən məlumat göndərilib. Bir səhifəlik materialda QMİ sədrinin ərəb ölkələrinin fondları, siyasətçi və iş adamları ilə əlaqələrindən bəhs olunur. Yazının girişində Şeyxin vəhhabi və nurçulardan çox danışdığı qeyd olunur və QMİ sədrindən vəhhabilərdən aldığı pulların hesabını verməsi tələb olunur. Daha sonra isə Şeyxülislamın müxtəlif ünvanlardan pul alması ilə bağlı rəqəmlər qeyd olunur.

1. Küveytli biznesmen Əbdül Əziz Batendən Xırdalanda İslam Universiteti tikmək üçün 500 min dollar almısan. Hanı Universitet, hanı pullar?

2. Bəhreyn krallığı vətəndaşı Əbu Süleymandan qaçqınlara yardım üçün aldığın 1 milyon dollar. Əbu Süleyman “əl-Qaidə” ilə bağlı olduğu üçün ABŞ tərəfindən həbs edilmişdi.

3. Səudiyyə daxili işlər naziri Nayif bin Əbdül Əzizdən aldığın 700 min dollar nə üçün idi? Səudiyyə daxili işlər naziri ilə nə əlaqən?

4. Səudiyyəli iş adamı Abdullahdan aldığın 800 min dollar qaçqınlara paylanıldı, yoxsa özünə villa tikdin?

5. “Nur camaatı”ndan aldığın 250 min dollar. Məscid sözü verdin, amma yedin pulu.

Yazıda həmçinin Şeyxülislam təhdid olunub ki, daha danışmasın, yoxsa daha artıq ifşa ediləcək.

Tərəfimizdən bildiririk ki, bu xəbərin əslində məlumat “Hizmət Hərəkatı” - Gülən camaatı adından təqdim olunur. Lakin dərhal görünür ki, onlardan sadəcə qalxan kimi istifadə olunub. Müəllif vaxtaşırı “nur camaatı”nı araya qatmaqla, sanki diqqəti onların üzərinə çəkmək istəyir. Şeyx isə hələ ki “nur camaatı” ilə bağlı hər hansı fikir səsləndirməyib. Bu isə onu deməyə əsas verir ki, kimlərsə Şeyxi məhz Gülən camaatı adı ilə vurmağa çalışır. Kiçik araşdırma və təhlil onu göstərir ki, bu məlumatın sələfi camaatı içərisindən hazırlanaraq yayıldığını iddia etmək daha doğru olar. Bu məlumatların bəziləri daha əvvəl mediada yayılsa da, indi belə deyilsə bütün informasiyalar cəm olunaraq yayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm