• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

2,4 milyon dollar Xədicə İsmayılovaya ayrılıb?

  • Nida.az
  • 16 İyul 2014 15:39
  • 644 Baxış
2,4 milyon dollar Xədicə İsmayılovaya ayrılıb?

USAID-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) Azərbaycanda müstəqil medianın inkişafı üçün ayırdığı 2,4 milyon dollarlıq qrant müsabiqəsində hansı təşkilatın qalib gəldiyi məlum deyil. ABŞ-ın Azərbaycandakı səfirliyindən bildiriblər ki, bu günə kimi hələ qaliblər bəlli olmayıb. USAID-in adını açıqlanmasını istəməyən əməkdaşı isə deyib ki, qaliblərin adı yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.

Ehtimallara görə, qrant layihəsinin elanının və nəticələrinin gizli saxlanması qaliblərin bəri başdan bəlli olmasıdır. Odur ki, adlar geniş rezonans doğuracağı üçün ara səngiyəndən sonra açıqlanacaq.

Teleqraf.com-un əldə etdiyi, ancaq dəqiqləşdirə bilmədiyi məlumata görə, qrant müsabiqəsinin qalibləri arasında Azadlıq radiosunun əməkdaşı Xədicə İsmayıl da var. 2,4 milyon dollar həcmində qrantın mühüm və ən böyük hissəsi X.İsmayıla ayrılacaq. “Azadlıq” radiosunun çox illik ənənələrindən və ümumi yayım şəbəkəsinin bir qolu olmasından dolayı Xədicə İsmayılova hakimiyyətə qarşı öz radikal baxışlarını orada ürəyi istədiyi kimi ifadə edə bilmir. Elə buna görə də ABŞ səfirliyi həm onu “Azadlıq” radiosundan uzaqlaşdırmaq, həm də yaradacığı “yerli” və “müstəqil” medianın başına gətirmək istəyir.

Başqa bir məlumata görə isə, Xədicə İsmayılova həmin müsabiqədə ekspert kimi iştirak edib və 2,4 milyonluq qrantı əvvəllər ekspert olduğu müsabiqələrdəki kimi, öz çevrəsinə yönəltməyə səy göstərib.


Bu “müsabiqə”də iştirakı və qazancı ilə bağlı informasiyaları dəqiqləşdirmək üçün Xədicə İsmayılovanın özünə müraciət etdik. Xədicə İsmayılova sualı dinləmədən “onun kimi vicdanlı adamı narahat etdiyinə görə əməkdaşımızı ittiham elədi: “Mənim kimi vicdanlı adama zəng etməklə məni narahat edirsiniz”.

Qeyd edək ki, ABŞ-ın fantastik həcmdə qrant vəd etməsi Azərbaycan mediasında müzakirələrə səbəb olub. 2,4 milyon ABŞ dolları məbləğində nəzərdə tutulan qrant müsabiqəsi üçün isə cəmi 1 həftə vaxt verilib. Layihələrin hazırlanması üçün cəmi bir həftə (iyunun 30-dan iyulun 7-dək) müəyyən edilib və onun da elanı kütləvi şəkildə yayılmayıb.

Qrantın tapılması uzun çəkən elanında qeyd edilir ki, bütün təşkilatlar bu məbləğ üçün ərizə ilə müraciət edə bilərlər. Amma heç bir QHT və media qurumu bu barədə məlumatlandırılmayıb, həttta mümkün ərizəçilər üçün məlumatlandırma sessiyası da keçirilməyib. Layihənin müddəti 3 illikdir.

Teleqraf.com

Xəbər lenti

DAHA ÇOX XƏBƏR