• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“USAİD 2,4 milyonluq layihəni qəsdən gizli aparır”

  • Nida.az
  • 16 İyul 2014 16:50
  • 387 Baxış
“USAİD 2,4 milyonluq layihəni qəsdən gizli aparır”

“ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən Azərbaycanda müstəqil medianın inkişafı üçün qrantın qəsdən gizlin elan edilməsi məqsədli xarakter daşıyır”.

Bu barədə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Publika.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu kimi təşkilatlar indiyə qədər yalnız Azərbaycan hakimiyyətinin, dövlətinin əleyhinə olan QHT-lərlə çalışıblar: “Belə təşkilatlar xüsusilə radikal müxalifətin təsiri altında olan QHT və media qurumları ilə çalışırlar. Burada da məqsəd maraqlı olduqları məsələlərə çatmaqda Azərbaycan hakimiyyətinə birbaşa təzyiq etməkdir. Son illər ABŞ yönümlü beynəlxalq təşkilatların Azərbaycanda elan etdiyi qrant layihələrində yalnız radikal müxalifətin təsiri altında olan, özlərinə yaxın QHT-lər qalib olub. Bu yaxınlarda bunu ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü sessiyasında ATƏT rəhbərliyi ilə Azərbaycandan fəaliyyət göstərən QHT sədrlərinin görüşündə də qeyd edildi. Onlara bunun hansı səbəbdən baş verdiyi sual edildi. Təəssüf ki, bu suallara cavab verilmədi. Onların nəzərinə çatdırıldı ki, son illərdə 28 milyondan artıq qrant layihələri həyata keçirdiblər və bu layihələrinin 80 faizi 20 yaxın eyni QHT-lərə verilib verilib. Bu təşkilatlar da birbaşa radikal siyasi kurs tutanlardı. Niyə məhz bu təşkilatlara veriblər? Bircə fakt yoxdur ki, hakimiyyətin yürütdüyü siyasəti dəstəkləyən, konstruktiv mövqeyi tutan və ya bitərəf QHT-lər bu qrantlardan faydalansınlar. Hesab edirəm ki, bunu ABŞ-ın qəsdən edir və bu onların yeritdiyi siyasətdir”.

Niyaməddin Orduxanlı əlavə olaraq bildirib ki, “Onlar radikal yönümlü QHT-lərə qrantlar ayırmaqla çalışırlar ki, lazım olan məqamda həmin təşkilatlar Azərbaycan hakimiyyətinin əleyhinə bəyanatlar versinlər, yaxud da ABŞ-ın siyasətini dəstəkləsinlər. Bu da təəssüf hissi doğurur. 2007-ci ildən QHT sədri kimi fəaliyyət göstərirəm və bu sahədə kifayət qədər təcrübəm var. Bütün bu hadisələr göz qabağındadır. Açıq şəkildə bütün qrant layihələrini özlərinə yaxın adamlara verirlər və utanmadan da özlərini “demokratıya carçısı” adlandırırlar”.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR