Nida.az
YAP-ın İqtisadi məsələlər komissiyasına yeni sədr müavini seçilib
Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) İqtisadi məsələlər komissiyasının ilk iclası keçirilib.
Publika.Az YAP-ın rəsmi saytına istinadən məlumat verir ki, iclasda komissiyanın 2014-cü ildə fəaliyyət planı müzakirə edilib.
YAP-ın İqtisadi məsələlər komissiyasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov fəaliyyət planında nəzərdə tutulan məsələlər haqqında məlumat verib.
E.İbrahimov bildirib ki, komissiya bu il ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin uğurlarının təbliğinə yönəlmiş bir sıra tədbirlər keçirməyi nəzərdə tutur. Onun sözlərinə görə, tədbirlər sırasına ilk olaraq Azərbaycanın ərzaq təhlükəsizliyinin mahiyyəti, mövcud vəziyyət və perspektivlər barədə KİV-lərin iştirakı ilə təşviqat xarakterli konfransların təşkil olunması daxildir.
Bundan əlavə, regionların inkişafı ilə bağlı nəzərdə tutulan yeni dövlət proqramı, ölkədə kənd təsərrüfatının inkişaf strategiyası və aqrar layihələrin əhəmiyyəti barədə təqdimatların keçirilməsi də YAP-ın İqtisadi məsələlər komissiyasının fəaliyyət planına daxildir.
Komissiyanın sədri onu da bildirib ki, Prezident İlham Əliyevin növbəti 5 illik inkişafa dair qarşıya qoyduğu hədəflərin geniş şəkildə təbliğ olunması da partiyanın İqtisadi məsələlər komissiyasının gündəmində olan əsas məsələlərdən biridir.
İclasda komissiyanın üzvləri çıxış edərək 2014-cü ilin fəaliyyət planı haqqında fikir və təkliflərini bildiriblər. Müzakirələrin sonunda YAP-ın İqtisadi məsələlər komissiyasının 2014-cü il üçün fəaliyyət planı təsdiq edilib.
Qeyd edək ki, YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov partiyanın İqtisadi məsələlər komissiyasının sədr müavini seçilib.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO