Səməd Vurğuna görə Hikmət Hacızadəyə axmaq və səviyyəsiz dedilər
Bizi izləyin

Nida.az

Səməd Vurğuna görə Hikmət Hacızadəyə axmaq və səviyyəsiz dedilər

Müsavat Divanının üzvü, politoloq Hikmət Hacızadənin xalq şairi Səməd Vurğunla bağlı fikirlərinə sərt cavab verilib.

Publika.az xəbər verir ki, S. Vurğunun şəcərəsindən olan, şairin ad və soyadını daşıyan hüquqşünas Səməd Vəkilov H. Hacızadəni səviyyəsiz adlandırıb.

“Siyasətdə uğur qazana bilməyən Hikmət Hacızadə indi də başlayıb ədəbiyyatı təftiş etməyə. Bu adam dahi Azərbaycan şairi Səməd Vurğun haqqında xoşagəlməz ifadələr işlətməklə özünün mövcudluğunu sübut etmək istəyir. Hikmət Hacızadə, sən çox axmaq və səviyyəsiz adamsan”,- deyə S. Vəkilov müsavatçı politoloqa sərt cavab verib.

Qeyd edək ki, H. Hacızadə 1937.az saytına müsahibəsində Səməd Vurğunun səviyyəsiz şair olduğunu deyib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm