Nida.az
Türkiyədə həbslər başlandı: Ərdoğanın qisası? - Şok adlar
Bu gün Türkiyədə 2013-cü il “17 aralık” əməliyyatını həyata keçirmiş polis əməkdaşlarına qarşı əks əməliyyat başlayıb.
Publika.az türk mediasına istinadən xəbər verir
ki, həbs olunan polis rəisləri Türkiyənin yaxın tarixində əks-səda
yaratmış Hrant Dink, Ergenokon, Poyrazköy, Qəfəs, Admirallara
sui-qəsd, Balyoz əməliyyatlarında iştirak ediblər.
Ömər Köse
Həbs olunan şəxslər arasında olan Terrorla mübarizə idarəsinin
keçmiş müdiri Ömər Köse uzun illər İstanbul Terror bürosunda
işləyib. Həmin dönəmdə hökuməti devirməyə cəhd üzündən başlayan
Ergenokon, PKK-nın üst təşkilatı KCK kimi əməliyyatlarda iştirak
edib. Amma əsl kritik nöqtə hökumətlə Gülən camaatı arasında ötən
ilin 17 və 25 dekabrında rüşvət əməliyyatında baş verdi. Həmin
əməliyyatdan sonra o vəzifədən uzaqlaşdırıldı.
Yurt Atayün
Yurt Atayün də Ömər Köse kimi Terrorla Mücadilə İdarəsinin kçemiş
müdiri olub, KCK əməliyyatında yer alıb. 2012-ci ilin 7 fevral
tarixindəı Milli İstihbarat Təşkilatı (MİT) şefi Hakan Fidanı ifadə
verməyə çağıran əməliyyat qrupunda iştirak edib. Sonra vəzifədən
getdi. Ərdoğan MİT şefinin ifadəyə çağırıılmasına sərt təpki
göstərərək “Alacaqsınızsa məni alın” demişdi.
Qaffur Ataç
Polis rəisi Qaffur Ataç keçmiş qərargah rəisi orgeneral İlker
Başbuğ istintaqında yer alıb. Ergenokon işində həbs edilən İlker
Başbuğun həbsxanaya götürüldüyü zaman maşında olan şəxs də o idi.
Bununla yanaşı, KCK işində də iştirak etmişdi.
Kazım Aksoy
Kazım Aksoy Terrorla mübarizə idarəsində Yurt Atayünün köməkçisi
idi. Ergenekon və Poyrazköy əməliyyatında yer alıb. MİT
istintaqından sonra maliyyə şöbəsinə keçdi. Burdakı işi çətin idi.
Belə ki, o maliyyə şöbəsinin müdir köməkçisi olduğu vaxt 12-25
dekabr əməliyyatları başlandı. Sonra o vəzifədən alındı. Kazım
Aksoyun Yurt Atayün və Ömər Kösenin birgə iştirak etdiyi
əməliyyatlardan biri də 2010-cu ildən bəri davam edən və qanunsuz
dinləmələr həyata keçirildiyi iddia edilən “Selam Təşkilatı”
istintaqıdır. Bu gün - 22 iyulda başlanan əməliyyatda həbs
edilənlər arasında o da var.
Həbs edilən polislərə “Rəsmi sənədlərdə saxtakarlığa yol vermək”, “Vəzifədən sui-istifadə etmək”, “Məlumat sistemini pozmaq, faktları ox etmək, yaxud dəyişdirmək”, “Dövlətin təhlükəsizliyi ilə bağlı məlumatları toplamaq”, “Məlumat mübadiləsi gizliliyini pozmaq” ittihamları irəli sürülür.
Camaata bağlı bu polislərin 200-dən çox insanın telefon
danışıqlarını qeyri-qanuni dinlədikləri iddia edilir. Telefon
danışıqları qeyri-qanuni dinlənildiyi şəxslər arasında
jurnalistlər, polis rəisləri, əsgərlər, yüksək məhkəmə mənsubları,
iş adamları və siyasi partiya təmsilçilərinin olduğu deyilir.
Baş nazir Rəcəp Tayyip Ərdoğan İstanbul polisinin başlatdığı
polisdəki “paralel təşkilatlanma” əməliyyatının başqa sahələrə də
keçə biləcəyi sualına “Görünən budur” deyə cavab verib.
“Proses prosedura uyğun olaraq davam edəcək. Polis bu adların toplanmasını, prokurorluq araşdırılmasını, məhkəmə də qərarın verilməsinə baxacaq. Hazırda biz də izləyirik. Nələr çıxacaq, bunların hamısını görəcəyik”, - deyə o qeyd edib.
Asif Nərimanlı
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi