• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycanda “İğtişaş vaxtı, USAID”– Şok video

  • Nida.az
  • 23 İyul 2014 11:19
  • 1 183 Baxış
Azərbaycanda “İğtişaş vaxtı, USAID”– Şok video

Bu günlərdə Azərbaycanda 2,4 milyonluq “gizli qrant müsabiqəsi” ilə gündəmə gələn USAID fondu haqda sosial şəbəkələrdə olduqca ilginc video yayılıb.

Publika.az xəbər verir ki, Rusiya jurnalistləri tərəfindən iki il öncə hazırlanan videomaterialda USAID-in Rusiyada iğtişaşları necə yaratması araşdırılır. “İğtişaş vaxtı, USAID” adlı videoda bu təşkilatın SSRİ-nin dağılmasından sonra Rusiyaya yol tapdığı deyilir.

“USAID-in məqsədi və fəaliyyəti gözə xoş gəlirdi. Humanitar yardımlar, təhsilin, mədəniyyətin, demokratiyanın inkişafı təşkilatın əsas profili bu idi. Daha sonra, humanitar adı altında iğtişaşların planlaşdırılması ortaya çıxdı və Rusiya küçələrində insanların axışması, iğtişaşların baş verməsi kimi bir çox hadisələrin altında USAID-in imzası var idi. Rusiya bunu anladı və onun fəaliyyətini məhdudlaşdırdı”, - deyə rusiyalı jurnalistlər təşkilatla bağlı deyir.

Bu videomaterial USAID-in profilindəki humanitar istiqamətlərin alt qatındakı məqsədləri açığa çıxardır. Hansı ki, eyni proseslərə son 10 ilin xronologiyasında Azərbaycanda cəhd edilib və bir neçə gün öncə milyonluq qrant qalmaqalında belə demək mümkünsə növbəti cəhd aşkarlandı.

Milli Məclisin Müdafiə və Təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc da Publika.az-a açıqlamasında bildirib ki, USAID-in Azərbaycanda xəfiyyə maraqları var.
“Beynəlxalq qrant layihələri üzərində qeyri-şəffaf əllər işləyir və əksər vaxt bu xarici maliyyələr anti-hökumət qüvvələrə verilir. Bu dövr ərzində onların çoxları qeyri-leqal, mənşəyi şübhəli olan, Azərbaycan dövlətinə qarşı nəinki QHT fəaliyyəti, açıq şəkildə siyasi casusluq fəaliyyəti aparanları qrantlarla mükafatlandırırlar”, - deyə komitə üzvü bildirib.

2015-ci il parlament seçkiləri öncəsi Azərbaycanda “İğtişaş vaxtı”nın hazırlana biləcəyi ehtimalları mümkündür.

Seçki məsələləri üzrə ekspert Vəli Əlibəyli də Publika.az-a bildirib ki, 2015-ci il seçkilərində Azərbaycana kənar müdaxilələrin olması istisna deyil.

“Azərbaycanda kənar dövlətlərin maraqları mövcuddur. Onlar öz təsirlərini artırmaq üçün müəyyən fəaliyyətlər də həyata keçirir. Xüsusilə seçki ərəfələrində bu tipli layihələr işə düşür. Bu baxımdan, növbəti seçkilərdə də heç nəyi istisna etmək olmaz”, - deyə o bildirib.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR