• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Müsavat başqanlığına namizədlərdən kim azərbaycanlı deyil?- Şok araşdırma

  • Nida.az
  • 25 İyul 2014 18:00
  • 1 412 Baxış
Müsavat başqanlığına namizədlərdən kim azərbaycanlı deyil?- Şok araşdırma

Müsavat başqanı İsa Qəmbərin müşaviri Səxavət Əlisoy partiyada başqanlıq mübarizəsi haqda ilginc açıqlama ilə çıxış etdi.

Müşavir “Bu partiyada çox sayda ziyalı başqan postuna layiqdir. Sadəcə, bu iddiaya düşən unutmamalıdır ki, əhalinin 90 faizindən çoxu, o cümlədən müsavatçıların da 90 faizindən çoxu Azərbaycan türkləridir. Odur ki, Müsavat Partiyasının başqanı türk oğlu türk olmalıdır və əminəm ki, belə də olacaq” deyə bildirib.

Başqanlığa iddia olan müşavirin bununla kimə “əlcək atdığı” maraqlıdır. O, ad açıqlamasa da, bu açıqlama üzərində müəyyən ehtimallarla çıxış etmək mümkündür.

Publika.az Müsavat başqanlığına iddialılardan müşavirin təbirincə desək “türk olmayan” dedikdə kimin nəzərdə tutulduğunu tapmağa çalışıb.

Ən şanslı iddiaçı Arif Hacılı: O, 1962-ci ildə Zaqatala rayonunun Tuxarı Tala kəndində anadan olub. Miliyyətcə azərbaycanlıdır. Lakin partiya daxilində rəqibləri onun avar olduğunu iddia edirlər.

Qubad İbadoğlu: 1971-ci ildə Füzuli rayonunda anadan olub. (Yeri gəlmişkən, o partiya başqanı İsa Qəmbərin yerlisidir-red) Füzili rayonu kürdlərin yerləşdiyi bölgə olsa da, onun milliyətcə azərbaycanlı olduğu deyilir.

Səxavət Əlisoy: 1957-ci ildə Naxşıvanın Şərur rayonunda anadan olub. Milliyətcə azərbaycanlıdır.


Gənclərin namizədi Tural Abbaslı: 1982-ci ildə Ağstafada anadan olub, milliyətcə azərbaycanlıdır.


İkram İsrafil: 1964-cü ildə Şəki şəhərində anadan olub, milliyətcə azərbaycanlıdır.


Nüşabə Sadıxlı: 1949-cu ildə Bakı şəhərində anadan olub, milliyətcə azərbaycanlıdır.


Qeyd edək ki, bizim məqsədimiz hansısa milli ayrı-seçkilik deyil. Təbii ki, Azərbaycan öz rəngarəng etnik tərkibi ilə bütöv bir ölkədir. Amma burda söhbət İsa Qəmbərin müşavirinin bu açıqlamasında, yəni konkret motivdən gedir. Hələ ki başqanlığa iddialı olan müsavatçılar arasında rəsmi olaraq qeyri-azərbaycanlı olanların mövcudluğu bəlli deyil. Amma S. Əlisoyun bu fikri diqqətləri A. Hacılının üzərinə cəmləşdirir. Yox, bu A. Hacılının avar olduğunu demək deyil, sadəcə rəqiblərinin dili ilə desək onun avar olduğu deyilir və güman ki, burda ən şanslı namizəd olan A. Hacılı nəzərdə tutulur.

Digər məqamsa, Q. İbadoğlunun doğulduğu bölgədə kürd əsilli Azərbaycan vətəndaşlarının çoxluq təşkil etməsidir. Amma S. Əlisoyun onu nəzərdə tutduğu az ehtimal olunur.

Bu arada, müşavirin bu fikirləri sosial şəbəkələrdə geniş rezonans doğurub. Bununla bağlı yazılan şərhlər arasında ən şok iddia isə KXCP üzvü Nisəxanım Vəliyevadan gəlib. Xanım KXCP-çi müşavirin bu sözlərinə reaksiya olaraq İsa Qəmbərin kürd olduğunu iddia edib.

“İsa Qəmbər kürddür. İndi də İndi də milləti məlum olmayanlar Səxavət bəyin bu statusunun əleyhinə çıxır. Narahat olmayın qurultay bir bəhanə ilə olmayacaq və ya dəyişiklik ediləcək, İsa Qəmbər yenə sədr olacaq”, -deyə KXCP üzvü şok iddia səsləndirib.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR