• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

ABŞ Bakı və Yerevana çağırış etdi

  • Nida.az
  • 2 Avqust 2014 11:23
  • 1 025 Baxış
ABŞ Bakı və Yerevana çağırış etdi

“ABŞ Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrdən narahatdır”.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Administrasiyasının bəyanatında deyilir.

“Həlak olanların ailələrinə başsağlığı veririk. Tərəfləri isə gərginliyi azaltmağa və atəşkəs rejiminə riayət etməyə çağırırıq. Hərbi yol münaqişənin həlli yolu deyil. Zorakılığın davam etdirilməsi münaqişənin dinc yolla nizamlanmasını daha da çətinliyə salacaq”, - bəyanatda deyilir.

Dövlət Administrasiyası həmçinin Ermənistan və Azərbaycan prezidentlərini yaxın vaxtlarda əsas məsələlər üzrə dialoqun davam etdirilməsi üçün görüşməyə çağırıb: “Biz Minsk Qrupunun apardığı prosesə sadiq qalırıq və uzunmüddətli sülh üçün səylərimizi davam etdirməyə hazırıq”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR