Nida.az
Əliyev Sərkisyanla Soçidə görüşməyəcək – Son dəqiqə
Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Serj Sərkisyanla görüşməyəcək.
Axar.az xəbər verir ki, bu barədə proqnoz rus və erməni politoloqların mediaya verdikləri şərhdə öz əksini tapıb. Politoloqların fikrinə görə, nə Kremlin rəsmi saytında, nə də Rusiya rəsmilərinin açıqlamalarında üçtərəfli görüşlə bağlı fikir səsləndirilir.
Kremldən verilən açıqlamada Rusiya Prezidenti Vladimir Putinin “Azərbaycan və Ermənistan prezidentləri ilə ikitərəfli görüşü nəzərdə tutulur” fikrini əsas gətirən politoloqlar üçtərəfli görüşlə bağlı indiyə qədər hər hansı fikir səsləndirilməməsinə də münasibət bildiriblər. Hesab olunur ki, iyulun 31-dən avqustun 1-nə keçən gecə baş verən hücumla başlayan gərginlik hələ də səngiməyib və bu gərginlik fonunda prezidentlərin görüşünün aqressiya ilə müşayiət olunması ehtimalına görə üçtərəfli görüş əvvəlcədən razılaşdırılmayıb.
Buna baxmayaraq, ikitərəfli danışıqlarda hər hansı razılaşmanın olacağı təqdirdə üçtərəfli görüşə dərhal razılıq verilməsi də istisna edilməyib. Politoloqların fikrincə, hər şey Putinin apardığı danışıqlara tərəflərin reaksiyasından asılı olacaq.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu