Nida.az
Azərbaycanla Serbiya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
Avqustun 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının müdafiə naziri cənab Bratislav Qaşiçi qəbul edib.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a
verilən məlumata görə, B.Qaşiçin rəhbərlik etdiyi nümayəndə heyəti
əvvəlcə Fəxri xiyabanda Ümumilli Lider Heydər Əliyevin və Zərifə
xanım Əliyevanın, sonra Şəhidlər xiyabanında ölkəmizin
müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın
məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.
Sonra B.Qaşiçin Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi
keçirilib. Hər iki ölkənin dövlət bayrağının dalğalandığı meydanda
Serbiyanın Müdafiə nazirinin şərəfinə fəxri qarovul dəstəsi
düzülüb. Fəxri qarovulun rəisi raport verdikdən sonra Serbiyanın və
Azərbaycanın dövlət himnləri səsləndirilib. Rəsmi protokola uyğun
olaraq qonaq Şərəf Kitabını imzalayıb.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Müdafiə
naziri general-polkovnik Zakir Həsənov qonaqları salamlayaraq, cari
ilin fevral ayında Serbiyaya rəsmi səfəri zamanı aparılan
danışaqların və keçirilən görüşlərin uğurla baş tutduğunu
xatırlayıb, hərbi əməkdaşlığın tərəflər arasında imzalanan saziş
əsasında həyata keçirildiyini və bu əlaqələrin daim inkişaf
etdiyini qeyd edib.
Ölkələrimizin yerləşdikləri regionlardakı hərbi-siyasi vəziyyət və
təhlükəsizlik məsələləri barədə danışan müdafiə naziri
dövlətlərimizin separatçılıqla üz-üzə qaldığını xüsusi
vurğulayıb.
B.Qaşiç öz növbəsində ölkələrimiz arasında mühüm strateji
əməkdaşlığa, dost və mehriban münasibətlərin mövcudluğuna toxunaraq
Serbiyanın hər zaman Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə
tərəfdar olduğunu bildirib.
Sonra Azərbaycanla Serbiya arasında hərbi təhsil, hərbi texniki
sahələrdə və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında
geniş fikir mübadiləsi aparılıb.
Serbiya Müdafiə nazirinin Azərbaycana səfəri avqustun 13-dək davam
edəcək.
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."