Şok iddia: “Kəsdikləri başlarla futbol oynayırlar”
Bizi izləyin

Nida.az

Şok iddia: “Kəsdikləri başlarla futbol oynayırlar”

“Bildiyimizə görə, azərbaycanlıları özlərini "sələfi" adlandıran vəhhabilər Suriyaya aparırlar. Bunu təbliğ edir, kimini pulla, kimini də başqa yollarla bu işə cəlb edirlər”.

“Bildiyimizə görə, azərbaycanlıları özlərini "sələfi" adlandıran vəhhabilər Suriyaya aparırlar. Bunu təbliğ edir, kimini pulla, kimini də başqa yollarla bu işə cəlb edirlər”.

Bu barədə Azərbaycan İslam Partiyasının (AİP) sədri Elçin Manafov Publika.Az –a açıqlamasında deyib. Onun sözlərinə görə, bunu edənlər ən çox Sumqayıt və Müşfiqabadda toplaşıblar. Partiya sədri bildirib ki, son vaxtlar onlar hər yerdə çoxalıblar, məskən salıblar.

E. Manafov QMİ sədri Allahşükür Paşazadəni dəstəkləyib.“ Şeyxülislamın bununla bağlı birbaşa çıxışı və dedikləri yerinə düşdü. Çoxdan lazım idi ki, hansısa tədbirlər görülsün. Biz bunu gözləyirdik, düşünürdük ki, dövlət səviyyəsində buna reaksiya veriləcək. Yaxşı oldu ki, şeyx məsələni gündəmə gətirdi və danışdı. Çünki Suriyaya gedənlər Qarabağda döyüşməlidirlər. Amma onları aldadıb aparırlar”-deyə o, vurğulayıb.
AİP sədri heç bir məscidin bağlanmasının istəmir, lakin radikallığı təbliğ edənlər bütün məscidlərdə məhdudiyyətlər qoyulmasını istəyir.

E. Manafov olduqca maraqlı iddia ilə çıxış edib. Bildirib ki, Suriyaya gedən azərbaycanlılar islamçılar deyil, onlara müsəlman adı vermək olmaz: “Onların orda nə etdiyini izləyirik. Bu nəinki müsəlmana, heç insana yaraşan əməllər deyil. Vətənimiz uğrunda mübarizə aparmaqdansa, vəhşilərə qoşulub zülmə dəstək verirlər. Gedib Suriyada başları kəsib, sonra da kəsdikləri başlarla futbol oynayırlar. Uşaqlara, hamilə qadınlara rəhm etmirlər. Bunu öz gözlərimlə yayılan kadrlardan izləmişəm. Bu insanlara nəinki islamçı, dindar, heç insan adı yaraşmır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm