İsa Qəmbər AXCP-yə görə müşavirini qovdu – QALMAQAL
Bizi izləyin

Nida.az

İsa Qəmbər AXCP-yə görə müşavirini qovdu – QALMAQAL

Müsavat Partiyasının başqanı İsa Qəmbər müşaviri Hüseyn Məliki partiyadan qovub.

Publika.az xəbər verir ki, rəhbər şəxslərin iştirakı ilə keçirilən iclasında H. Məlikin fəaliyyəti müzakirə olunub.

Onun partiya əleyhinə addımlar atdığı, siyasi kursa zidd hərəkətlər etdiyi qeyd edilib. İsa Qəmbər H. Məlikin partiya üzvlüyü məsələsinə baxılmasını Divana həvalə edib.

H. Məlik öz “facebook” profilində yaranmış məsələyə belə münasibət bildirib: “2003-ildən indiyə kimi Müsavat Partiyasının üzvü olduğumdan qürur hissi duyduğumu, bu andan etibarən partiyada fəaliyyətimi dayandırdığımı bəyan edirəm. Partiya ilə əlaqələrin yenidən qurulmasının mümkünlüyünü qurultayın qərarından asılı olacağını bildirirəm. Bütün dostlarıma uğurlar arzulayıram”.

Qeyd edək ki, yayılan məlumatlara görə, H. Məliklə bağlı yaranan qalmaqal onun AXCP ilə yaxın münasibətlərə malik olmasıdır.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm