Müsavatdan qovulan müşavir danışdı: “İstefa vermişəm, istəyirlər assınlar”
Bizi izləyin

Nida.az

Müsavatdan qovulan müşavir danışdı: “İstefa vermişəm, istəyirlər assınlar”

Müsavat Partiyası başqanı İsa Qəmbərin partiyadan qovduğu deyilən müşaviri Hüseyn Məlik yaranmış qalmaqala münasibət bildirib.

Publika.az-a açıqlamasında H. Məlik partiyadan istefa verdiyini deyib.

“Mən özüm istefa vermişəm. Nə edə bilərlər? Dəxli yoxdur, istəyirlər assınlar, istəyirlər kəssinlər. Mən partiyadan getmişəm. Əlavə heç nə deyə bilmərəm”, - deyə o bildirib.

H. Məlik onun partiyada qalıb-qalmaması məsələsinə Müsavat Divanında baxılacağı barədə xəbərə belə reaksiya verib: “Məni çıxarmayıblar, özüm istefa vermişəm. İstefa vermiş adamın məsələsinə Divan niyə baxmalıdır ki?”

O, partiyadan getməsinə AXCP ilə yaxın münasibətlərin səbəb olduğu barədə iddialara cavab vermək istəməyib. H. Məlik bundan sonrakı fəaliyyəti haqda hələlik qərar vermədiyini deyib: “Təbii ki, proseslərdən kənarda qalmayacam. Amma hələlik qərar verməmişəm”.

Qeyd edək ki, dünən axşam saatlarında keçirilən Müsavat rəhbərliyinin iclasında başqan müşaviri H.Məlikin partiyanın siyasi xəttinə qarşı çıxması məsələsi müzakirə olunub. Onun partiyadan çıxarılması tələb olunsa da, məsələ Divanın toplantısına həvalə edilib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm