İrəvan “Qarabağ üçün 5 miyard dollar” iddialarına cavab verdi
Bizi izləyin

Nida.az

İrəvan “Qarabağ üçün 5 miyard dollar” iddialarına cavab verdi

Ermənistan Prezident Administrasiyasındakı mənbə Azərbaycanın Qarabağ üçün İrəvana pul təklif etdiyi iddiaları şərh edib.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, mənbə bu barədə heç bir danışığın aparılmadığını deyib.

“Qarabağ nə 5, nə 10, nə də 50 milyard dollara verilə bilməz”, - o bildirib.

Xatırladaq ki, Rusiyanın politrus.com portalında anonim müəllifin Qarabağa dair sensasion məlumatı dərc olunub. İddiaya görə, Bakı Qarabağa görə 5 milyard dollar təklif edib.

Bildirilir ki, pul köçürülməsini birbaşa iki ölkənin Mərkəzi bankları arasında deyil, beynəlxalq maliyyə strukturları, məsələn, Beynəlxalq Valyuta Fondu (BVF) üzərindən həyata keçirmək nəzərdə tutulur.

Sayt iddia edir ki, bu məsələ ilə bağlı danışıqlar Cenevrədə gedir. “Ən başlıcası isə budur ki, İrəvan kompensasiyanın məbləğinə razı deyil. Serj Sərkisyanın emissarları bildirirlər ki, ancaq 10 milyard dollar məbləğində danışıqlara razıdırlar və pulun 3 il ərzində alınmasına razılıq verə bilərlər. Yəni, ildə 3 milyard dollar. Bu isə Ermənistanın illik büdcəsinə bərabərdir” - deyə sayt iddia edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm