Əli Kərimliyə “Hizbullah” maliyyəsi neçə çatdırılır? – ŞOK DETALLAR
Bizi izləyin

Nida.az

Əli Kərimliyə “Hizbullah” maliyyəsi neçə çatdırılır? – ŞOK DETALLAR

Türkiyədə peyk vasitəsilə yayımlanan “Qüds TV” bir neçə gün öncə Azərbaycanla bağlı veriliş yayımlanıb.

“Azadlıq” qəzetinin baş redaktoru, hazırda Fransada mühacirətdə yaşayan Qənimət Zahid, Milli Şura sədri Cəmil Həsənli və AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Adilovun qonaq olduğu verilişdə Azərbaycandakı vəziyyət müzakirə olunub. Ölkədə siyasi həbslərin olduğu iddia olunan verilişdə hökuməti repressiyalarda ittiham ediblər. Verilişdə müzakirə olunanlar ayrıca bir mövzudur. Burada diqqət çəkən “Qüds TV”-nin Azərbaycana qarşı tənqidi yanaşmasındakı sirrdir.

Publika.az-ın bir müddət öncə bununla bağlı apardığı araşdırmada maraqlı detallar ortaya çıxmışdı.


Belə ki, Q. Zahidin müəllifi olduğu “Azərbaycan saatı” verilişi də “Qüds TV”nin peyki ilə yayımlanır. Ötən ilin təxminən yay aylarında türk telekanalları vasitəsilə peykə çıxışı olan verilişin yayımı dayandırıldı. Səbəb kimi müəlliflərin yayım üçün lazım olan ödənişi etməməsi idi. Lakin müəlliflər buna görə Azərbaycanın müdaxiləsini gündəmə gətirdilər və iddialar irəli sürüldü ki, hökumət tənqidlərin qarşısını almaq üçün yüksək səviyyədə məsələyə müdaxilə edib. Bunun absurd iddia olması başqa bir məsələdir.

Qısa müddətdə yayımını dayandıran veriliş gözlənilmədən “Qüds Tv”dən yayım təklifi aldı və həmin vaxtdan telekanalın imkanlarından istifadə etməkdədir.


“Qüds Tv”Azərbaycana qarşı hansı cəbhədə?


“Qüds TV” peyk vasitəsilə yayımlanır, mərkəzi ofisinin Türkiyədə yerləşdiyi bildirilir. Bu, dəqiq məlumat olmasa da (televiziyanın internet səhifəsində bununla bağlı hər hansı məlumat yerləşdirilməyib – A.N.), təsisçisinin Türkiyədə yaşadığı məlumdur.


Bu televiziyanın yayımlarının əsas qayəsində İslamı təbliğ etmək, həmçinin sionistliyə qarşı olmaqla ABŞ-ın da tənqidi yer alır. Əslində, burada qeyri-adi heç nə yoxdur və bizim də məqsədimiz nəsə axtarmaq deyil. Burada diqqətçəkən əsas məqam telekanalın islam dedikdə daha çox İranı nəzərdə tutması və bu ölkənin maraqlarından çıxış etməsidir. Telekanal dəfələrlə Azərbaycana qarşı müəyyən fikirlərə yer verib. Xüsusilə dini məsələlərdə Azərbaycanın yanlış yolda olduğu haqqında rəy formalaşdırmaqda telekanal xeyli iş görür. Bununla yanaşı, İsrailə qarşı da olan telekanal Azərbaycanın bu ölkə ilə münasibətlər qurmasına heç də dözümlü yanaşmır.

Belə demək mümkünsə, bu telekanal İran tərəfinin yayımladığı və Azərbaycana qarşı olan “Səhər” telekanalının funksiyasını yerinə yetirir, sadəcə olaraq, bir qədər geniş coğrafiyada.


Nurəddin Şirinİslamı təbliğ edən, yoxsa İran kəşfiyyatçısı?

“Qüds TV”nin təsisçisi Nurəddin Şirin ilginc şəxsdir. O, İranda ayətullahlar və prezident səviyyəsində dəfələrlə qəbul edilib. Amma İsraildə onu “qara siyahı”ya salıblar. Buna səbəb isə İran-İsrail münasibətlərində daim İranın yanında olması və İsraili olduqca kəskin tənqid etməsi, hətta bundan da o tərəfə keçməsidir.


Ən ilginci isə onun “Hizbullah” və “Həmas” kimi təşkilatlara açıq dəstək göstərməsidir. İsrail Kəşfiyyat Xidmətinin (MOSSAD) Nurəddin Şirin haqqında 27 fevral 2012 tarixli məlumatında deyilir: “Nurəddin Şirin “İslami Vəlfəcr” internet səhifəsini idarə edir. İllərdir Türkiyədə və ondan kənarda İran üçün təbliğat aparan radikal islam siyasi fəalıdır. “Hizbullah” və Həmas”ı açıq dəstəkləyir”.

O, Türkiyədə 17 il altı ay həbsə məhkum edilib. Lakin AKP hakimiyyətə gəldikdən sonra - 2004-cü ildə azad edilib. N.Şirin Azərbaycanın da əleyhdarı hesab olunur. Belə ki, dəfələrlə Azərbaycana qarşı çıxışlar edən N.Şirin hicab və digər məsələlərdə radikal mövqe tutaraq İranın bölgədə bütün bu işlərə müdaxilə etməsinin vacibliyini vurğulayıb.


“Azərbaycan saatı”na “Qüds TV”də efir vaxtı vermək kimin marağına xidmət edir?

Bu baxımdan “Azərbaycan saatı” verilişinin bu telekanalda yayımlanması suallar doğurur. Düzdür, efirə çıxış kanallarını tükətdikdən sonra hansısa çıxış yolu tapılması qəbul ediləndir. Amma məhz bu kanala üz tutmaq o qədər də sıradan bir addım deyil. Çünki “Azərbaycan saatı” verilişi Qənimət Zahidindir. O, AXCP rəhbərliyinə yaxın şəxsdir və uzun müddət bu partiyaya bağlı qəzetin birinci şəxsi olub. Mümkündür ki, AXCP rəhbərliyi bununla həm verilişin yayımını təmin etmək, həm də İranla əlaqələrində daha bir “daş qaldırmaq” gedişinə köklənib. Bunu Qərb və ya İsrailin müsbət qarşılamayacağı da ortadadır. Lakin burada AXCP ilə yanaşı, qarşı tərəfin, yəni İrana bağlı olan “Qüds TV”nin də öz marağı ola bilər. Hər halda, efir vaxtının elə-belə verilməsi inandırıcı deyil. Ən böyük ehtimal isə “Azərbaycan saatı” verilişinə İranın məlum “Səhər” telekanallarının funksiyasına həvalə edilməsidir. Bildiyimiz kimi, “Səhər” telekanalına Azərbaycanda məhdudiyyətlər qoyulub, halbuki bu, İranın Azərbaycan üzərində ən böyük təbliğat vasitəsi idi. Xüsusilə də cənub bölgəsində yayımlanırdı.

“Azərbaycan saatı”nın bu funksiyanı öz üzərinə götürməsi isə İrana nəzərləri öz üzərindən yayındırmağa imkan verə bilər. Çünki hər kəs “Azərbaycan saatı”nı müxalif qüvvələrin mühacir edən nümayəndələrinin verilişi olaraq tanıyır. Bu günə qədər verilişin əsas mövzusu da Azərbaycan iqtidarı idi. Efir məkanını itirən verilişə “Qüds TV”də yer verilməsi bu baxımdan diqqət çəkir. Çox güman ki, İran bununla verilişi ələ alaraq demək istədiklərini, amma deyə bilmədiklərini bu vasitə dilə gətirmək istəyir. Həm də bununla daha inandırıcı ola bilər. “Qüds TV”nin bu verilişə önəm verməsi də diqqətçəkəndir.


AXCP-yə “Cənub maliyyəsi” hansı yolla çatdırılır?


Publika.az-ın Türkiyədəki mənbələrdən əldə etdiyi məlumat da bu araşdırma fonunda diqqətçəkəndir. Adının açıqlanmasını istəməyən “Qüds Tv”yə yaxın mənbə bildirir ki, İran Azərbaycanda siyasi islamçılarla yanaşı, bir sıra digər partiyalara da maliyyə ayırır. Mənbə onlardan birinin AXCP olduğunu iddia edir. Ən diqqətçəkən məqam isə bu maliyyənin “Qüds Tv” vasitəsilə verilməsidir. Hansı ki, birbaşa yardım xüsusi diqqət çəkə bilərdi. N.Şirinin “Azərbaycan saatı”na xüsusi diqqəti də buradan qaynaqlanır.

Bu məlumat bir sıra dəqiqləşməmiş informasiyaları da gündəmə gətirir. Onlardan ən ilginci isə AXCP sədri Əli Kərimlinin vaxtilə İran kəşfiyyatına kod adı “Əli” olaraq işləməsi iddialarıdır. Bununla yanaşı, cəbhəçi fəalların sosial şəbəkələrdə dini təbliğatları da təsadüfi hesab edilməməlidir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm