Almurad Əliyevdən politoloqa sərt cavab: “Onu Əbülfəz Elçibəy adam eləmişdi”
Bizi izləyin

Nida.az

Almurad Əliyevdən politoloqa sərt cavab: “Onu Əbülfəz Elçibəy adam eləmişdi”

“Zərdüşt Əlizadə heç kim idi. Onu Elçibəy adam eləmişdi”.

Publika.az-a açıqlamasında bu sözləri eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev politoloq Zərdüşt Əlizadənin Elçibəy haqında dediklərinə münasibət bildirərkən deyib.

A.Əliyev bildirib ki, Z.Əlizadə onu adam eləyən eks-prezident barədə bu cür danışmaqla səhv edir.

“O, kim idi ki? Xalq Cəbhəsinə gəldi, bəy onu adam eləyəndən sonra gedib özünə yer tapdı. İndi də bəyin arxasınca danışır. Çoxları belədir. Yaltaqlıqdan başqa heç nə bilmirlər”, - deyə o bildirib.

Qeyd edək ki, Z. Əlizadə 1937.az saytına müsahibəsində Ə. Elçibəyi istibdad rejimi qurmaqda ittiham edib: “Bir şəxsin bütünü yaratdılar. Xalq Cəbhəsinin nizamnaməsində yazılmışdı. “Sədrin yalnız təmsilçilik hüququ var, başqa heç bir səlahiyyəti yoxdur”. Əbülfəz Əliyev sədr kimi xalqa sırınandan sonra səlahiyyət uğrunda vuruşmağa başladı. Özünün rəhbərlik etdiyi qurumun nizamnaməsini “zibil” adlandırdı və elə hey səlahiyyətlər tələb etməyə başladı. O, Kommunist Partiyasındakı istibdad mərkəzçiliyini Xalq Cəbhəsinə tətbiq etməyə başladı. Buna baxmayaraq, Azərbaycanda çox adam onu bütləşdirdi”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm