Nida.az
Xədicə ilə Günel savaşdı: “Pətək” məsələsi, yaxud kim kimi satıb?
Müsavatçı yazar, mühacirətdə yaşayan Əli Əkbərin “Qrantyeyənlər” yazısı sosial şəbəkələrdə müxalifət düşərgəsini qarışdırıb. Məsələyə “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl da qoşulub və sözügedən yazıdakı fikirləri dəstəkləyən Günel Mövludu ittiham edib.
Publika.az xəbər verir ki, X.İsmayıl G.Mövluda bundan sonra dost deməyəcəyini bildirib.
“Həbsdə olan vicdanlı adamlara atılan şərə dəstək verənləri daha dost adlandıra bilmərəm. Günel Mövlud, buna haqq qazandıracaqsansa sənə də dost deməyəcəyəm. Bu da bir çevrilmiş səhifə”, - X.İsmayıl yazıb.
G.Mövlud isə cavab olaraq yazıb ki, belə məsələləri dostluq və ya düşmənçilik deyil, arqumentlər, faktlar və nəticələr həll edir: “Əli Əkbər yazı yazıb, sual verib. Həbs olunmalarına haqq qazandırmayıb. Qazandırıbsa, o cümləni göstərin. Amma belə bir cümlə yoxdur. Dəstəkləməyə gəlincə, ona inanan minlərlə insanı aldadıb gəlməyən Rüstəm İbrahimbəyovu, hakimiyyətdən aldığı pullarla Milli Kitab Mükafatı keçirib müxalifətin 15 ildir hakimiyyəti sərt tənqid edən yazılarını oğurlayıb susduran Nigar Köçərlini, Anarın əlbuyruqçusu, özünə hakimiyyətdən mümkün olan hər şeyi almış Qəşəm Nəcəfzadəni dəstəkləmək daha yaxşıdır? Sən bu adamları dəstəkləmisən. Sənə hörmətimiz var. Dəyərli iş görürsən. Amma arı pətəyində ana arı rolunu oynamağı sənə yaraşdırmıram”.
REAL təmsilçisi Erkin Qədirli isə qalmaqla belə münasibət
bildirib: “İndi, gördünüz, mən heç kimi elə-belə blok eləmirəm?
Məni qınayırdınız, bunları və bunlar kimilərini blok edəndə. Elə
bilirdiniz, mən bloku şəxsi münasibət kimi edirəm? Adamları
sözündən tanıyanam. Xeyli öncədən görə bilirəm, kimin haraya
tərəqqi etdiyini”.
Asif
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO