Suriyaya gedən ilk azərbaycanlını Akif Nağı ilə nə birləşdirir?
Bizi izləyin

Nida.az

Suriyaya gedən ilk azərbaycanlını Akif Nağı ilə nə birləşdirir?

“O, ümmətin mübarək Şam torpaqlarında verdiyi azadlıq mücadiləsini ölümünə dəstəkləyən, Əsəd diktatorluğuna meydan oxuyan Suriya xalqının yanında idi. Qafqazın qəlbi olan Azərbaycanda 1995-2001-ci illər müsəlmanların ən zəif olduğu zamanlarda tanımışdıq Rüstəmi. Azərbaycanda İslam dininin yayılması və dəvətlərdə böyük iş görürdü”.

Publika.az xəbər verir ki, Suriya cihadçıları 2013-cü il 5 dekabrda Hələbdə öldürülən azərbaycanlı mücahid Rüstəm Əsgərovu yad ediblər.

Yuxarıdakı sözlər də R.Əsgərovun həyatı ilə bağlı bir məqalədə yer alıb. Məqalə mücahidlərə yaxın saytlarda dərc edilib. Məqalədə bildirilir ki, R.Əsgərov biliyini artırmaq üçün Mədinə İslam Universitetinə daxil olur, təhsilini tamamladıqdan sonra geri dönərək Azərbaycan İslam Camaatına qoşulur və Qarabağın azadlığı uğrunda mübarizəyə başlayır. Bu mübarizə nəticə verməmiş 4 il azadlıqdan məhrum edilir.


Məqalədə qeyd edilir ki, 2011-2012-ci illərdə Suriya və Azərbaycan arasında ticarətlə məşğul olan R.Əsgərov Suriyadakı cihada qoşulub. O, Suriya cihadında ilk mühacir döyüşçü kimi tanınır. Məlumata görə, həmin vaxt yeni yaradılan “Əhraruş Şam” islam hərəkatına qoşulub, bütün dünyaya, o cümlədən bütün Qafqaza rus, ərəb və türk dilində çağırışlar edib. Məqalədə onun Qafqaz regionunda Əsəd zülmünü anladan ilk şəxs olduğu deyilir. Ötən ilin dekabr ayında “Əhraruş Şam” islam hərəkatının Hələbdə keçirdiyi hücumda R.Əsgərov da iştirak edib. O, raket atəşi ilə öldürülüb. Ölən zaman iki övladı olan R.Əsgərov həyat yoldaşı hamilə imiş.

Suriya mücahidləri Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıya R.Əsgərova görə təşəkkür ediblər.
“Bəlkə eyni düşüncələrdə deyillər, amma şərəfli və qürurlu olduğuna inandığımız, Rüstəmi daim anan hörmətli Akif Nağıya təşəkkür edirik”, - deyə məqalədə bildirilir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm