Tural Abbaslı: “Kiminsə xeyrinə geri çəkilmək fikrim yoxdur”
Bizi izləyin

Nida.az

Tural Abbaslı: “Kiminsə xeyrinə geri çəkilmək fikrim yoxdur”

“Hansısa namizədin xeyrinə geri çəkilmək, güzəştə getmək fikrim yoxdur.

Bu yolda sona qədər gedəcəm”.

Publika.az-a açıqlamasında bu barədə Müsavat başqanlığına namizəd Tural Abbaslı deyib.


Lakin T. Abbaslı bildirib ki, başqanlıq yarışında məğlub olmaq, yaxud qalib gəlmək kimi xüsusi prinsipi yoxdur: “Məğlub olaramsa, deməli, Müsavatda demokratik mühit var. Namizəd olmağım və namizəd olaraq uduzmağım, yaxud udmağım dəyərlidir. Lakin bu yarışda hansısa namizədin xeyrinə geri çəkilmək fikrim yoxdur”.


T. Abbaslı qeyd edib ki, ümumi idarəçilik məsələsində digər namizədlərlə birgə işləyə bilər.


“Tək mən yox, istənilən namizədi partiya üzvləri seçir, istər opponentləri, istərsə tərəfdarları. Qalib hər kəsə eyni mövqedən yanaşmalı, tək öz qrupuna yox, bütün partiyaya rəhbərlik etməlidir. Bütün partiyanı ağuşuna almağı, qucaqlamağı bacarmalıdır. Əks təqdirdə, həmin namizədin özü işləyə bilməz. Çünki Müsavat canlı mexanizmdir, onu hissələrlə idarə etmək mümkün deyil”, - deyə başqanlığa namizəd açıqlayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm