YAP-ın yeni ərazi ilk partiya təşkilatı təsis edildi
Bizi izləyin

Nida.az

YAP-ın yeni ərazi ilk partiya təşkilatı təsis edildi

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının yaradılmasının növbəti ildönümü ərəfəsində bu gün rayonun Çobanzadə küçəsi, 71 ünvanında yeni ərazi ilk partiya təşkilatı təsis edilib.

Publika.az-ın məlumatına görə, tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov müasir Azərbaycanın müstəqillik tarixinin uğurlarının Yeni Azərbaycan Partiyasını yaradan ulu öndər Heydər Əliyevin, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu deyib. O, bu ideyaların ətrafında sıx birləşən partiyanın hər bir üzvünün böyük fədakarlıqlar göstərdiyini vurğulayıb.

Bildirilib ki, YAP-ın möhtəşəmliyinin əsasında dayanan, ilk növbədə, ulu öndər Heydər Əliyev ideyalarıdır. Partiyanın gücü və əzəməti onun sədri İlham Əliyevin Azərbaycanın Prezidenti kimi ölkəmizdə həyata keçirdiyi siyasətin uğurları, nailiyyətləri və qələbələridir. Partiyanın gücü, eyni zamanda, Azərbaycan xalqının YAP-a inamı, etibarı və etimad göstərməsidir. YAP 600 mindən artıq üzvü öz sıralarında birləşdirməklə ümumxalq partiyası olduğunu nümayiş etdirir.

Qeyd olunub ki, YAP Nizami rayon təşkilatı 1993-cü il sentyabrın 11-də Heydər Əliyev adına Bakı neft emalı zavodunun akt zalında 76 nəfərin iştirakı ilə yaranıb. Bu gün rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından sürətlə genişlənir. Hazırda rayon təşkilatının sıralarında 142 ərazi ilk partiya təşkilatında 11 minədək üzv birləşib. Sevindirici haldır ki, partiyanın üzvlərinin 55 faizindən çoxunu gənclər təşkil edir. Cəmiyyətdə fəallığı ilə seçilən qadınlar isə 5 min nəfərdən artıqdır.

Sonra təşkilati məsələlərə baxılıb, yeni ərazi ilk partiya təşkilatının sədri və sədr müavini seçilib.

Yeni təsis edilən ərazi ilk partiya təşkilatının sədri Yeganə Gəncmalıyeva deyib ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası ölkəmizin daim qüdrətlənməsinə, insanların sosial rifah halının yaxşılaşdırılmasına çalışıb. Bu, partiyanın siyasətində dövlətə, xalqa xidmətin öndə dayandığının təsdiqidir.

Tədbirin sonunda partiyaya qəbul olunmaq istəyən bir qrup gənc rayon təşkilatına müraciət edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm