Deputatlarımız Belçika və Fransaya gedir
Bizi izləyin

Nida.az

Deputatlarımız Belçika və Fransaya gedir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 8-12-də Belçikada və Fransada səfərdə olacaq.

Şura Katibliyindən Publika.az-a verilən məlumata görə, nümayəndə heyəti Belçikanın Qadın Hüquqlarının Qorunmasına dair Beynəlxalq Liqasının Azərbaycanda qadın hüquqlarına həsr olunan hesabatının Avropa Parlamentində və Fransa Senatında hər iki qurumun üzvlərinin iştirakı ilə keçirilən təqdimatında iştirak edəcək.

Hesabat Şuranın maliyyə dəstəyi ilə “Qadın hüquqlarının qorunması məsələsinin Azərbaycanın strateji imicinə təsiri” adlı layihə çərçivəsində Liqanın beynəlxalq ekspertləri tərəfindən hazırlanıb.

Səfər çərçivəsində nümayəndə heyətinin Belçika Senatının spikeri Sabina de Byutün, Fransa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Elizabet Qiqu və bir sıra digər rəsmilərlə görüşləri nəzərdə tutulur.

Təqdimat mərasimlərində və görüşlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Milli Məclisin deputatı Məlahət İbrahimqızı da iştirak edəcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm