Nida.az
Arif Hacılı: “Partlayışlı seçki kampaniyası aparmayacam”- Müsahibə
Müsavat başqanlığına əsas iddiaçılardan hesab olunan partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Publika.az-a müsahibəsində namizədliyini hələ də rəsmən irəli sürməməsinin səbəbləri, başqanlıq yarışında rəqabət mühiti, həmçinin qurultayla bağlı məsələlərə aydınlıq gətirib.
- Arif bəy, başqanlığa əsas namizədlərdən biri hesab
olunursunuz. Amma hələ də rəsmi olaraq namizədliyinizi irəli
sürməməsiniz.
- Mən hələ tələsmirəm. Vaxtı gələndə namizədliyimi rəsmən irəli
sürəcəm və bu barədə mətbuatı məlumatlandıracam.
- Bəs hansısa təbliğat kampaniyası
aparırsınızmı?
- Rəsmi namizəd olmadığım üçün kampaniyaya başlamamışam. Bu seçki
kampaniyasında bizim opponentlik etdiyimiz şəxslərin Müsavatın üzvü
olduğunu, həmçinin seçkilər başa çatandan sonra yenə də
fəaliyyətimizi birlikdə davam etdirəcəyimizi nəzərə alaraq, mən
böyük, partlayışlı seçki kampaniyası aparmaq niyyətində deyiləm.
Namizədliyimi hələ də irəli sürməməyimin səbəblərindən biri
budur.
- Yəni seçki kampaniyanız sadə olacaq?
- Təbii ki, namizədliyimi irəli sürəcəyim təqdirdə
təbliğat-təşviqat kampaniyası qurulacaq. Amma bu, mənim, adətən,
apardığım seçki kampaniyalarından ciddi surətdə fərqlənəcək.
- Bu günlərdə Rəsulzadənin həyatda olan silahdaşlarından
Yəhya Taşdələn sizi dəstəklədiyini açıqladı. Bu, sizin üçün daha
bir dəstək demək deyilmi?
- Mən hər bir Azərbaycan vətəndaşının, o cümlədən Azərbaycanı sevən
insanların Müsavatın qurultayına marağını yüksək
qiymətləndirirəm.
- Bəzən mətbuatda başqanlığa namizədlər arasında kəskin
mübarizə getdiyi haqda xəbərlər yayılır. Rəqabət mühiti
necədir?
- Təbii ki, müəyyən rəqabət mühiti var. Buna təbii və normal
yanaşmaq lazımdır. Müsavat Azərbaycana demokratik mübarizə və
fəaliyyət nümunələri gətirib. Bu da növbəti bir nümunədir.
- Maraqlıdır ki, qurultay sentyabrın 27-nə təyin edilib və
vaxt getdikcə daralır. Amma qurultayı keçirmək üçün yer problemi
hələ də qalır. Ola bilərmi ki, qurultay müəyyən müddətə təxirə
salınsın?
- Bakı Şəhər İcra Hakimiyyətinə qurultayı keçirmək üçün yerlə bağlı
müraciət göndərilib. Müəyyən sarayların rəhbərliyi ilə də
danışıqlar aparılıb. Hökumət siyasi iradə göstərsə, bunu bir günə
də həll etmək olar. Nəzərə alsaq ki, onların cavab məktublarında
müxtəlif şadlıq evləri ilə danışıqlar aparılması təklif olunub. Biz
bu təklifləri nəzərə almışıq. Düşünmürəm ki, hökumət qurultayın
uzanması üçün bundan sonra da hansısa addımı atsın. İnanıram ki,
sentyabrın 27-də qurultay keçirdə biləcəyik. Hazırda Müsavatın
özündən asılı heç bir problem yoxdur. Qurultay üçün işlər tam
şəkildə yekunlaşdırılır, seçki kampaniyası gedir. Biz sentyabrın
27-nə qurultayı keçirmək üçün zəruri olan ilkin prosedurları həyata
keçirmişik. Müsavatın özünün təşəbbüsü ilə qurultayda ləngimələrin
olacağı gözlənilmir. Yalnız hökumət tərəfindən nəsə maneələr
olarsa, qurultay təxirə salına bilər.
- Qurultayın partiyanın qərargahında keçirilməsi kimi
təkliflər də var.
- Bu, müzakirə olunan mövzulardan biridir. Amma düşünmürəm ki,
hakimiyyət dairələri qurultay üçün yer ayıracaqlar.
- Arif bəy, son bir məsələni soruşmaq istəyirəm. Belə bir
fikir var ki, müsavatda üstqurumun yaradılması və İsa Qəmbərin veto
hüququnun saxlanılması üçün qurultaya təklif veriləcək. Bu barədə
nə deyə bilərsiniz?
- Bununla bağlı müxtəlif təkliflər var və bütün təkliflər müzakirə
olunur.
Asif Nərimanlı
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO