Nida.az
Bakıda enerji toplantısı: “Köhnə Qitə” xilas yolları axtarır
Bu gün Bakıda Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrin - Azərbaycan, Gürcüstan, Moldova, Belarus və Ukrayna - enerji nazirlərinin görüşü keçirilib. Görüşdə Avropa Birliyinin energetika üzrə komissarı Hünter Ettinqer də iştirak edir.
Ukrayna böhranından sonra Avropanın artan “donmaq” təhlükəsi
fonunda bu görüş diqqətçəkəndir.
Publika.az xəbər verir ki, politoloq Rövşən İbrahimov bu görüşü
qiymətləndirərkən deyib ki, bu il dünyanın enerji xəritəsində əsas
oyunçulara ziyan vuran bir sıra hadisələr olub. Onun sözlərinə
görə, müxtəlif hərbi münaqişələr, ABŞ-da “şist inqilabı”nı
göstərmək olar: “Hansı ki, şistdən yanacağın əldə olunması qəfil o
qədər böyüdü ki, ABŞ-ın daxili bazarında da neft və qazı
sıxışdırır. Belə olduğu təqdirdə, karbohidrogen ehtiyatına o qədər
də ehtiyac duymayan ABŞ qazı Yaxın Şərqdən idxal etməyə başladı.
Yaponiyanı unutmaq lazım deyil. “Fukusima” qəzasından sonra Tokio
qazı əsasən Yaxın Şərqdən alır. Digər tərəfdən, Qətər Avropaya
satdığı qədər Asiyaya da enerji resurslarının satmağa başladı”.
Politoloq qeyd edib ki, neftin qiymətinə əsas təsir edən hadisə
Ukrayna münaqişəsi oldu. Onun sözlərinə görə, Suriya, Liviya və
İraq problemi enerjiyə birbaşa təsir etmir: “Belə ki, biz dəfələrlə
şahidi oluruq ki, enerji o vaxt bahalaşır ki, onun çatdırılma
marşrutunda problemlər yaranır. Bu mənada Ukrayna münaqişəsi
əsasdır. Çünki bura Rusiya qazının Avropaya çıxışını zərbə altına
qoyur”.
Qeyd edək ki, ekspertlər Bakı toplantısını Avropanın enerji xilası
üçün variantlardan biri hesab edirlər, xüsusilə rusiyalı
analitiklər son proseslər fonunda buna diqqət çəkir.
Asif Nərimanlı
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq