Azərbaycanlılar öz evlərindən çıxarılır: Hər şey kürdlər üçün!
Bizi izləyin

Nida.az

Azərbaycanlılar öz evlərindən çıxarılır: Hər şey kürdlər üçün!

İraqda yeni hökumətin formalaşdırılması ilə bağlı müzakirələrə Azərbaycan əsilli türkmanların kabinetdən kənarda qaldığı xəbərləri yayılıb.


Publika.az-a açıqlamasında İraq Türkman Cəbhəsinin lideri, İraq parlamentinin üzvü Erşat Salihi məlumatı təsdiqləyib.


Onun sözlərinə görə, türkmanlara qarşı böyük ayrı-seçkilik aparılır.


“Biz vəzifə arxasınca qaçmırıq, amma bizi bu parlamentə türkman milləti seçib. Mən də türkman millətini parlamentdə təmsil edirəm. Biz olmadan, yəni türkmanların səsi olmadan Kərkük və bu bölgələr üzərində kürdlərlə razılıq əldə edilməsi baş tutmayacaq. Bu, qeyri-qanuni addımdır. Bunun nəticəsi çox vahiməli ola bilər. Biz buna qarşı dirənəcəyik və bunu tanımaq istəməyən beynəlxalq nümayəndələri də Kərkükə buraxmayacağıq”, - deyə Azərbaycan əsilli millət vəkili vurğulayıb.

Qeyd edək ki, İraqda İŞİD zülmü altında baş verənlərin və suallar yaradan bir çox hadisələrin Kürdüstan dövlətinin yaradılmasına hesablandığı iddia olunur. Bir çox ekspertlər hesab edir ki, Kürdüstan dövlətinin yaranması üçün əsas amil Kərkükün kürdlərə verilməsidir. Bu baş verəcəksə, o zaman təbii ehtiyatları ilə zəngin olan Kərkük Kürdüstanın əsas mərkəzlərindən biri olacaq.

Türkiyənin “Aksion” jurnalı bununla bağlı yazır ki, İŞİD-in İraq müharibəsi əvvəlcədən hazırlanmış plandır və bu gün davam edən köç planlaşdırılmış şəkildə demoqrafik vəziyyətin dəyişməsinə hesablanıb.

Türkman əsilli yazar Özdemir hürmüzlü Publika.az-a açıqlamasında bildirib ki, Kərkükdə baş verənlər 100 il öncə Amerika və ortaqları tərəfindən hazırlanıb. Onun sözlərinə görə, hər şey kürdüstanın yaradılması üçün baş verir: “Kərkük bölgənin gözüdür. Bura kimin əlindədirsə, bölgənin sahibi də odur. Ortada gizli bir anlaşma var. İraq bölünəcək və Kərkük kürdlərin əlində qalacaq. Çünki Kərkükdə hər şey kürdlərin idarəsi altındadır”.


Bu proseslərin fonunda kürdlərin geniş yer aldığı İraq hökumətinin formalaşmasına türkmanların buraxılmaması da təsadüfi deyil. Görünür, Kərkükün verilməsi prosesi başlayır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm