Denis Jaffe: “Ermənistan həmişə təcavüzkar olub”
Bizi izləyin

Nida.az

Denis Jaffe: “Ermənistan həmişə təcavüzkar olub”

Amerikanın “The Hill” qəzetində Amerika Azərbaycanlılar Şəbəkəsinin (USAN) hərbi analitiki olan Denis Jaffenin “Ermənistan həmişə təcavüzkar olub” başlıqlı məqaləsi yayımlanıb.


Publika.az xəbər verir ki, məqalədə hələ də yerinə yetirilməyən BMT qətnamələrinə toxunulur. Müəllif yazır ki, Azərbaycanın erməniləri təhdid etməsi iddiaları klassik yanaşmadır.


“Bu gün Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonu erməni işğalı altındadır və bu ərazilərdən qovulmuş yüzminlərlə məcburi köçkün var. Bunu mən deyil, BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələri deyir. Lakin ermənilər ABŞ-da güclü lobbiləri və Rusiyanın hərbi-siyasi dəstəyi ilə bu qətnamələri rədd edir. Halbuki Ermənistanın beynəlxalq hüquqa bu cür etinasız yanaşması post-sovet məkanında öz acı nəticələrini göstərdi: Cənubi Osetiya və Abxaziya, Dnestryanı, indi də Krım nümunələri ortadadır. Bu ərazilərdə yaradılan kukla rejimlərin heyranedici oxşarlığı və “Dağlıq Qarabağ respublikası” təəccüb doğurmur. Əsasən Rusiya tərəfindən maliyyələşdirilən separatçılar onilliklər boyunca eynidir, taktika və əməliyyatlar dəyişməyib, sadəcə olaraq, onların üzərində daim Rusiya xaosu asılıdır”, - deyə müəllif vurğulayıb.


D. Jaffe qeyd edib ki, Ermənistan uzun illər Azərbaycana qarşı təhdidlər irəli sürüb: “Bu yalnız bu ilin avqustun 8-dən başlamır. Sonuncu dəfə təhdid Azərbaycanda həyati əhəmiyyət daşıyan Mingəçevir su anbarının partladılması ilə bağlı idi. Hansı ki, ən böyük su anbarlarından olan Mingəçevir SES-in partladılması ölkəni iflic vəziyyətinə sala bilər, ərazinin beşdə bir hissəsi su altında qalar.

Bundan öncə isə 2012-ci ilin 8 noyabrında erməni prezidenti Sərkisyan “Uoll Strit jornal”a müsahibəsində Azərbaycanı vurmaqla hədələmişdi. Belə təhdidlər nasistləri xatırladır. Bununla yanaşı, erməni general Artak Davtyan da Azərbaycanı raket hücumları ilə hədələdi. Göründüyü kimi, erməni məmurların Azərbaycana hədələri boldur. İşğal altındakı Azərbaycan torpaqlarının rus ordusu tərəfindən qorunması və davamlı təchiz edilməsi Ermənistanı təcavüzkarlığa ruhlandırır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm