Elin Süleymanov: “Azərbaycan özünü etibarlı partnyor kimi tanıdıb”
Bizi izləyin

Nida.az

Elin Süleymanov: “Azərbaycan özünü etibarlı partnyor kimi tanıdıb”

Vaşinqtonda Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsi müzakirə olunub.


Publika.az xəbər verir ki, Vaşinqton Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzi “ABŞ-Avro Transatlantik ittifaqı: Ukrayna böhranının fonunda NATO-nun sammiti və energetika təhlükəsizliyinin qiymətləndirilməsi” mövzusunda konfrans keçirib.

Tədbirdə Konqres üzvləri Maykl Terner və Uilyam Kitinq, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və digərləri çıxış ediblər.

Müzakirələr NATO-nun Uels sammiti və Avropa enerji təhlükəsizliyinə Ukrayna böhranının təsiri ətrafında aparılıb.


Elin Süleymanov Avropanın enerji təhlükəsizliyinə son hadisələrin təsirini analiz edərək diqqəti TANAP layihəsinə yönəldib. Bildirib ki, Azərbaycan və Türkiyənin sayəsində bu layihə reallaşmaqdadır.

“Azərbaycan neft və qaz mübadiləsində özünü etibarlı partnyor kimi tanıdıb. Ölkə rəhbərliyinin əsas siyasəti də dövlətlərin ərazi bütövlüyü prinsipinə söykənir”, - deyə səfir bildirib.


Tədbirdə çıxış edənlər azərbaycanlı diplomatın ölkəmizin enerji təhlükəsizliyindəki rolu haqqında dedikləri ilə razılaşıblar.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm