Nida.az
Əli Əhmədov: YAP bələdiyyə seçkilərində də qələbə qazanacaq
Yeni Azərbaycan Partiyası (YAP) həmişə olduğu kimi, bu ilin
dekabrında da ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində yaxından
iştirak etmək niyyətindədir.
Bu sözləri Baş nazirin müavini, YAP-ın sədr müavini–icra katibi Əli
Əhmədov jurnalistlərə müsahibəsində söyləyib.
Əli Əhmədov deyib: “YAP-ın malik olduğu potensial, o cümlədən
bələdiyyələrdə onun təmsilçilərinin gördüyü işlər mənəvi haqq verir
ki, partiyamız yenidən bələdiyyə seçkilərində iştirak etsin.
İnanırıq ki, YAP-ın növbəti bələdiyyə seçkilərində də irəli
sürəcəyi namizədlər seçicilərimizin etimadını qazanacaq və növbəti
beş ildə partiyanı təmsil edən nümayəndələr Azərbaycanın müxtəlif
bölgələrində fəaliyyət göstərən bələdiyyələrin işində yaxından
iştirak edəcəklər”.
Əli Əhmədov bildirib ki, partiya seçkilərlə bağlı ciddi hazırlıq
işləri görür. YAP-ın malik olduğu resurslar – insani, təşkilati
resurslar seçkilərin yüksək səviyyədə keçirilməsinə cəlb edilir.
Bir qayda olaraq, bütün bunlar seçkilərin uğurla nəticələnməsinə
gətirib çıxarır.
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər