Nida.az
"Rumıniya şirkətləri Azərbaycandakı layihələrdə iştirak etmək niyyətindədirlər"
Rumıniya şirkətləri Türkiyə şirkətləri ilə birlikdə Mərkəzi Asiyadakı, eləcə də Azərbaycandakı layihələrdə iştirak etmək niyyətindədirlər. Trend-in məlumatına görə, bunu çərşənbə günü Rumıniya Prezidenti Trayan Besesku Türkiyəyə rəsmi səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.
Türkiyə şirkətləri Azərbaycanda enerji, inşaat, qida sektorlarında, eləcə də turizm və xidmət sahələrində təmsil olunurlar.Bu gün Azərbaycanda 2 mindən artıq Türkiyə kapitallı şirkət çalışır ki, bu da ölkədə fəaliyyət göstərən əcnəbi şirkətlərin 36 faizini təşkil edir. Eyni zamanda, Türkiyədə 1100-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir.
Öz növbəsində, Azərbaycan şirkətləri Rumıniya bazarında təmsil olunurlar. Misal üçün, ARDNŞ Rumıniyada yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir.Bundan başqa, mətbuat konfransında Rumıniya Prezidenti türkiyəli sərmayəçiləri ölkədə, o cümlədən qida sənayesi və kənd təsərrüfatı sahəsindəki layihələrdə iştirak etməyə çağırıb.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi