İngiltərənin siyasi partiya tərəfdarları Avropa Azərbaycan Cəmiyyətinin dəstəklədiyi tədbirə qatılıb - FOTO
Bizi izləyin

Nida.az

İngiltərənin siyasi partiya tərəfdarları Avropa Azərbaycan Cəmiyyətinin dəstəklədiyi tədbirə qatılıb - FOTO

Leyborist Partiyasının İngiltərənin Mançester şəhərində keçirilmiş konfransı ilə yanaşı, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəklədiyi 17-ci illik “Diversity night” (“Müxtəliflik gecəsi”) adlı tədbirdə “Kölgə Kabineti”nin 13 üzvü də daxil olmaqla bu partiyanın 500 tərəfdarı iştirak edib.

Avropa Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, Publika.az-a verilən məlumata görə, bu hadisə uzun müddət parlamentdə Leyborist Partiyasını təmsil edən Keys Vazın ideyası olmaqla, çağdaş Britaniya cəmiyyətində müxtəlif mədəniyyətlərin bərqərar olunmasının göstəricisidir.

K.Vaz sonuncu Leyborist hökumətində Avropa işləri üzrə nazir olub, hazırda isə Britaniya parlamentində fəaliyyət göstərən daxili işlər komitəsinin sədri vəzifəsində çalışır.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə gecəni belə şərh edib:

“Azərbaycan yerləşdiyi regionda müxtəlifliklər ölkəsidir. Azərbaycan həm də dünyada tolerant və multietnik bir ölkə kimi tanınır. Bu gün müxtəlifliyin qeyd edilməsi çox mühüm hadisədir. Müxtəliflik varsa birlik də var”.

Çexiya parlamenti Deputatlar Palatasının sədri Yan Hamaçek deyib ki, müxtəlifliyin düzgün qiymətləndirilməsi bizi birliyə və əməkdaşlığa gətirib çıxara bilər.

Britaniya parlamentinin üzvü Çuka Umunna bildirib ki, Leyborist Partiyası öz konfransını “Diversity night”sız keçirsəydi, lazımi nəticəni əldə edə bilməyəcəkdi. Bu gün Leyborist Partiyası Britaniyanı təmsil etmək əzmindədir və hər vəchlə etnik azlıqların parlament üzvlüyünə seçilməsini dəstəkləyir. Biz də bu axşam bunu qeyd edirik.

Tədbirdə Azərbaycandakı mövcud tolerantlıq yüksək qiymətləndirilib. Bildirilib ki, multikulturalizm bir çox millətlərin və dini etiqadların mükəmməl harmoniyada olduğu müasir Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsidir.

Amerika Yəhudi Komitəsinin Los-Anceles bölməsinin sədri Mark Diamond isə Azərbaycandakı milli və dini dözümlülüyü bir daha vurğulayaraq bu ölkədə digər millətlərin nümayəndələri ilə yanaşı, yəhudilərin də əsrlər boyu dinc yanaşı yaşadıqlarını bildirib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm