Nida.az
Bahar Muradova: “Onların xarici dairələrin əlində siyasi alətə çevrilməsinə dözə bilmirik”
“Öz optimist siyasətimizi bizə qarşı təzyiqlərin əlinə vermək düzgün deyil. Əgər şübhə olacaqsa, o zaman bununla da biz onların torlarına düşmüş olacağıq”.
Publika.az xəbər verir ki, bu barədə vitse-spiker
Bahar Muradova Milli Məclisin bugünkü iclasında da son zamanlar
Azərbaycanla bağlı beynəlxalq qurumların atdığı addımları
qiymətləndirərkən deyib. Onun sözlərinə görə, 5-6 nəfərin
məsələsində güzəştə gedilməsi ilə Avropa Parlamenti və digər
sifarişli qərar qəbul edən beynəlxalq qurumlar təzyiqləri
dayandıracaqlarını düşünmək yanlış olar: “Beynəlxalq təşkilatlarda
iştirak edən və ən çox rəsmi şəxslərlə görüşən biri olaraq deyə
bilərəm ki, qırmızı xətlə keçən bir fikir var ki, Azərbaycan
özündən razı siyasət yeridir. Bu fikirdə olanlar bizim müstəqil
siyasətimizi özündən razılıq kimi qəbul edirlər. Onların əsas
istəyi özündən razı olan kiçik bir dövlət kimi bizi
cəzalandırmaqdır. Digər tərəfdən, bu kimi addımlar onların
qarşılarında alət olmamağımızdan irəli gəlir. Təbii ki, bu fərqi
ayırd etmək elə də çətin deyil. Azərbaycan müstəqil ölkədir. Nə
qədər ki, ölkəmizdə müxtəlifyönlü QHT-lər fəailiyyət göstərir, o
zamana kimi belə siyahılar olub və bundan sonra da olacaq”.
B. Muradova qeyd edib ki, Azərbaycanın tutduğu yola heç kimin
şübhəsi olmamalıdır: “Əgər şübhə olacaqsa, o zaman bununla da biz
onların torlarına düşmüş olacağıq. Eyni zamanda, beynəlxalq
dairələrin və oradakı zərərli fəaliyyətlə məşğul olan bir sıra
təşkilatların əlində alətə çevrilmiş olacağıq ki, bunu da nə
xalqımız, nə də ölkəmiz istəmir. Bizim əsas istəyimiz odur ki,
Azərbaycanda bu sahədə şəffaflıq olsun. Hər kəsin maliyyə
qaynaqları açıq şəkildə göstərilməlidir. Ölkədəki QHT-lərin
fəaliyyətinə sərf etdiyi maliyyə barədə hesabat verməyin zəruridir.
Dövlət qurumlarının qrant alması ilə bağlı deyilən fikirlərlə
razılaşmaq olmaz. Digər və haqqında danışdığımız bizi narahat edən
qurumlardan fərqli olaraq, hökumət qurumları açıq və şəffaf şəkildə
bu kimi qrantları alırlar. Ona görə də hansısa marağımıza görə heç
bir hökumət təşkilatlarımızın xarici dairələrin əlində siyasi və
başqa alətə çevrilməsinə dözə bilmirik.
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün bu və ya digər nöqsanların aradan qaldırılmasında ancaq səbir və təmkin nümayiş etdiririk. Öz optimist siyasətimizi bizə qarşı təzyiqlərin əlinə vermək düzgün deyil. QHT-lərin qrant və maliyyə fəaliyyətini şəffaflığı təmin etmək məqsədi ilə mövcud qanunda dəyişikliklərin edilməsini dəstəkləyirəm. Hər birimizin məsuliyyət hissini artıra bilən dəyişiklikləri yazılı şəkildə həyata keçirməliyik. Çünki bu, bizim müstəqil dövlətimizin qorunması üçün atılan addımlardan biridir”.
Asif Nərimanlı
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."