• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Gürcüstanda viza şərtlərinin sərtləşdirilməsi Azərbaycan vətəndaşlarına şamil ediləcək? - Rəsmi mövqe

  • Nida.az
  • 30 Sentyabr 2014 17:29
  • 628 Baxış
Gürcüstanda viza şərtlərinin sərtləşdirilməsi Azərbaycan vətəndaşlarına şamil ediləcək? - Rəsmi mövqe

Əcnəbi vətəndaşların Gürcüstan ərazisində qalma şərtlərinə edilmiş son dəyişikliklər bu ölkəyə qısamüddətli səfər edən Azərbaycan vətəndaşlarına şamil edilməyəcək. Bunu Gürcüstanın Azərbaycandakı səfirliyindən bazar ertəsi Trend-ə sentyabrın 1-dən Gürcüstanda qüvvəyə minmiş "Əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" qanuna edilmiş yeni dəyişiklikləri şərh edərkən deyiblər.

Diplomatik missiyadan bildirilib ki, Azərbaycan vətəndaşları Gürcüstana səfər etmək üçün yenə də 180 gün müddətində 90 gündən çox olmayaraq vizasız rejimdən istifadə edəcəklər. Bu, o deməkdir ki, onlar istədikləri vaxt ölkəyə gələ və gedə bilərlər, ancaq onların Gürcüstanda 180 gün ərzində qalma müddətləri 90 gündən artıq olmamalıdır. Oxşar təcrübə "Şengen zonası"nda da mövcuddur.

Gürcüstan sentyabrın 1-dən giriş vizasının beş kateqoriyasını tətbiq edərək viza rejimini sərtləşdirmək qərarına gəlib. Həmin kateqoriyadan olan vizaları əldə etmək üçün digər dövlətlərin vətəndaşları yaşayış yeri üzrə Gürcüstan konsulluğuna müraciət etməli olacaqlar.

Miqrasiya kateqoriyasına tələbə, əmək, diplomatik viza, sahibkarlıq fəaliyyəti göstərmək üçün viza, həmçinin ailənin birləşdirilməsi məqsədilə viza aiddir.

Sərhəddə vizanı yalnız istisna hallarda əldə etmək mümkün olacaq. Eyni zamanda, yeni qanuna müvafiq olaraq, yaşayış üçün icazənin verilməsi təcrübəsi işə düşəcək.

"Əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" qanuna müvafiq olaraq, viza rejiminin şamil edildiyi ölkə vətəndaşları üçün Gürcüstan 180 günlük (göstərilən müddətdə 90 gün ərzində qalma haqqı ilə) təkrar vizalar veriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR